Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

 Rusiyanın sualtı gəmisi məhv edildi -FOTO

Ukraynadan unikal əməliyyat - Rusiyanın sualtı gəmisi məhv edildi

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Hərbi-Dəniz Qüvvələri ilə birgə Rusiyanın Novorossiysk limanı ərazisində xüsusi əməliyyat həyata keçirib.

Yenixeber.org: Əməliyyat zamanı Rusiya Hərbi-Dəniz Donanmasına məxsus sualtı qayıq vurularaq sıradan çıxarılıb.

Bildirilir ki, tarixdə ilk dəfə Ukraynaya məxsus “Sub Sea Baby” adlı sualtı dronlar Rusiya istehsalı olan 636.3 layihəli “Varşavyanka” tipli sualtı qayığı partladıb. NATO təsnifatında “Kilo” sinfinə aid edilən həmin sualtı qayıq partlayış nəticəsində kritik zədələr alıb və faktiki olaraq istismar üçün yararsız vəziyyətə düşüb.

Məlumata görə, vurulan sualtı qayığın göyərtəsində Ukrayna ərazisinə raket zərbələri endirmək üçün istifadə olunan dörd ədəd “Kalibr” qanadlı raket buraxılış qurğusu olub.

Əməliyyat  Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin 13-cü idarəsi tərəfindən Ukrayna Hərbi-Dəniz Qüvvələrinin bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

“Varşavyanka” tipli sualtı qayıqların dəyəri təxminən 400 milyon dollar qiymətləndirilir. Beynəlxalq sanksiyalar və texnologiyalara çıxışın məhdud olması səbəbindən Rusiyanın eyni tipli yeni bir sualtı qayığı inşa etməsi ən azı 500 milyon dollara başa gələ bilər. Bu sinfə aid sualtı qayıqlar yüksək səsboğucu xüsusiyyətlərinə görə “Qara dəlik” qeyri-rəsmi adı ilə də tanınır və sonar sistemləri tərəfindən aşkarlanması çətin hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam