Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Təranə Şəms: "Səni, sənə buraxdım"

Təranə Şəms "Səni, sənə buraxdım"

Yenixeber.org: Həmin şeiri təqdim edirik:

 

Məni, məndən qoparan,

"Sevgi"deyilən o zata,

Səsimi ucaldıb üsyan edirəm...

Səni, sənə buraxıb,

Səndən gedirəm.

Baş vururam qəlbimə,

Sıxılıram, sığınıram,

Dərd daşıyan dərdimə

Səni sənə buraxıb,

Rahat, rahat

Səndən gedirəm.

Üsyan edirəm sükuta, sükunətə,

Yaşadığım möhnətə,

Haqlı, haqsız,

Verdiyin hər töhmətə.

Unutma sən!...

Dərdimlə tanıdın məni,

Sənə, tək sənə,

 Dost kimi, sirdaş kimi,

Dinlətmisən dərdimi.

Sən nələr vəd etmədin ki?!...

Arxanda uca dağam dedin,

Doğmayam bağam dedin.

Hanı, hanı harda qaldı?...

O möhtəşəm sözlərin...

Artıq o dəniz dalğalanmır,

Yürümür, yerimir o gəmi,

Bal kimi yedirdin,

Şəkər etdin dərdimə qəmi.

İnan, inan gedirəm səndən,

Yaşa qəlbin boş, mənsiz yaşa,

Bir ömür nə qədər ki?!...

Vur ömrü nəşənlə, kefinlə başa.

Səni elə sevmişdim ki...

Vurmadı, bölmədi,

Toplama ya çıxma,

Qədərini bilmirəm.

Bir heykəl yonmuşdum sənə,

Adı dost, yoldaş,

Ana,  bacı, qardaş idi.

Olmadı, qalmadı

Heç sözümün kəsəri,

Uçurdun, dağıtdın,

Yaratdığım əsəri.

Nədən sən mərd olmadın?...

"Sevmirəm"sözünü,

Çəkilib bir kənarda,

Sükutunla söylədin..

Sevmirsən, heç sevmə,

Mən tənha deyləm ki,

Məni, dərdlərim sevir.

Dedim axı mərd ol,

Sevmirsən, tükənmisən?

Üzümə, gözümə baxaraq söylə!...

Düşünmə, Təranə dolasıymış,

Dərddən, möhnətdən,

Gül tək solasıymış.

Tənhalığı su tək içirəm,

Dərd məni biçmir,

Haldan-hala düşsəmdə

Mən dərdi biçərəm.

Bütün qəlbimlə üsyan edirəm...

Səni, sənə buraxıb,

Səndən gedirəm.

Səndən gedirəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam