Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş… –FOTO

İcra başçısının YALANI üzə çıxdı: 350 yox, 3500 manat imiş… – ÖZƏL

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov balıq festivalında geyindiyi üst geyimin hansı markaya məxsus olduğunu açıqlamasa da, qiymətinin 350 manat olduğunu bildirdi.

Yenixeber.org: Gənc icra başçısının geyindiyi üst geyimlə bağlı kiçik araşdırma apardıq və məlum olur ki, kişilər üçün bu tərz və üslubda üst geyimləri istehsal edən çox az marka var. Üst geyiminin klassik, qısa, sadə dizaynlı, gizli düymə dizaynlı olması onun dünyaca məşhur bahalı brendlərdən olan “Hugo Boss”, “Massimo Dutti”, “Burberry” markalarına aid olduğunu göstərir.
Sadaladığımız hər 3 marka kişilər üçün minimalist, gizli düymə paketli trençkotlar hazırlayır.
Ancaq icra başçısının dediyi kimi əynindəki üst geyim qiymətinin 350 manat olma ehtimalı yoxdur. Çünki bu üslub və formada üst geyim istehsal edən markaların heç birində bu qiymətə üst palto, trenç yoxdur.

İcra başçısının əynindəki üst geyim üslub və forma baxımından “Burberry” brendinə daha çox uyğundur. Hazırda bu brendin bu tərz, lakin cibləri düyməli modelləri satışdadır. Bu marka lüks seqmentdədir və buna görə də qiymətləri olduqca yüksəkdir.
“Burberry”nin bu üslubda olan klassik trenç paltoların qiyməti 2,850-3,500 dollar arasında dəyişir. Bu marka ötən il sözügedən modelin gizli düyməli modlərini satışa çıxarmışdı. Böyük ehtimalla, icra başçısının əynindəki üst geyim də bu markanın ötən ilki kolleksiyasındandır.
“Hugo Boss” və “Massimo Dutti” markalarının bu üslubda klassik paltolarının qiyməti isə nisbətən daha münasibdir. Bu markaların Azərbaycanda orijinal modelləri rəsmi mağaza və butiklərdə 1000-1500 manat civarındadır.(tribuna.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam