“Zorba”, yoxsa “Zara” - Həyatımıza hökm edən dünya markalarının adları necə yaranıb- FOTOLAR
Məşhur dünya markalarının adlarının necə yarandığını bilirsinizmi?
Günümüzün bir hissəsi olan, getdiyimiz hər yerdə rastımıza çıxan dünya markaları dünyaya demək olar ki, hökm edir. Bu markalar həyatımızı idarə edir və seçimlərimizi yönləndirir.
Yenixeber.org:Sizə ən məşhur markaların adlarının necə yaranmasını təqdim edirik.
Starbucks
“Starbuck” ilk olaraq kiçik bir mağazada fəaliyyətə başlayıb. “Starbucks”ın qurucusu Qordon Bovker işləri böyüdükcə dükanına ad fikirləşməyə başlayır. Mükəmməl bir ad olmasını istəyən Qordon “st” ilə başlayan adlar düşünürdü. Bir yaxın dostunun ona təklif etdiyi “Starbo” adından sonra o, mağazının adını “Starbucks” qoydu.
Adidas
“Adidas” markasının adı Adolf Dassler tərəfindən qoyulub. Adolf Dassler “Adidas” şirkətinin qurucusudur. Birinci Dünya Müharibəsindən sonra idman ayaqqabıları ixtira etməyə başlayan şirkətin adı elə sahibinin adından götürülüb. Adolfu uşaq vaxtı Adi ləqəb ilə çağırırmışlar. Adolf ləqəbi ilə soyadını birləşdirərək şirkətinə “Adidas” adını verib.
NİKE
Günümüzdə demək olar ki, əsas idman brendlərindən birinə çüvrilən "NİKE" adını "qələbə" kəliməsi ilə eyniləşdirib. Belə ki, Nike yunan mifologiyasında qələbə tanrısının adıdır. Hazırda bu brend dünyanın aparıcı klublarına, idmançılarına sponsorluq edir və ən çox arzulanan geyimlər sırasında dayanır.
Rolex
Dünyaca məşhur saat markası “Rolex”in qurucusu Hans Vilsdorf bütün dillərdə rahatca tələffüz edilməsi üçün xelyli vaxt ad axtardı. İstirahət zamanı at belində gəzərkən ağlına gələn Rolex adı xoşuna gəldi. Nəhayət şirkətinin adını “Rolex” qoydu
Amazon
ABŞ-ın ən böyük onlayn alış-veriş sistemlərindən olan “Amazon”un qurucusu Ceff Bezos öncə şirkətinə “Cadabra” adını qoymaq istəyibmiş. Sonradan fikrini dəyişib.
GAP
Geyim markası olan “GAP”ın adı yeniyetmələr ilə uşaqlar arasında olan nəslin ingiliscə adıdır. Mənası isə “boşluq” deməkdir.
İnternet məkanının şahı sayın “Google”un adı müzakirələr zamanı yaranıb. Şirkətin qurucusu Lari Peyc tələbə yoldaşları ilə şirkətinə ad axtarıb, müzakirələr edirdi. Müzakirələrin sonunda ən bəyəniləni “googolplex” olub. Lakin bir tələbə bunu yanlış tələffüz edərək “Google” deməsi Peycin xoşuna gəlib və şirkətin adı elə də qalıb.
Pepsi
Pepsi ingilis dilində həzmsizlik mənasını daşıyan dispepsi sözündən meydana gəlib. Şirkətin sahibi Caleb Davis Bradhamın bu adı seçməsinə səbəb məhsulunun həzmə yaxşı təsir göstərən içki kimi təqdim edilməsi idi.
Zara
İspaniyalı iş adamı Amankio Orteqa ilk olaraq mağazısına 1964 –cü ildə çəkilən məşhur “Zorba” filminin adını qoymuşdu. Lakin mağazanı açdığı küçədə “Zorba” adında bir bar da fəaliyyət göstərirdi. Barın sahibi ondan dükanın adını dəyişməsini istədi. Orteqa da bir müddət fikərləşərək dükanın adını dəyişib “Zorba”ya uyğun “ZARA” qoydu.
Mcdonalds
“Mcdonalds” ilk dəfə 1940-cı ildə Dick və Mac McDonald qardaşları tərəfindən Kaliforniya ştatının San Bernardino şəhərində fəaliyyətə başlayıb. Bu, ölkədəki ilk real fast food restoranı olaraq tarixə keçib. Dick və Mac McDonald qardaşların “avtomobilə xidmət restoranı”, müştərilərə ucuz və tez hamburger, kartof qızartması və kokteyl sataraq başladıqları iş həyatları çox qısa bir müddət içərisində inkişaf etdi və genişləndi.
Restoran qısa zamanda bu nizam ilə yüksək gəlir əldə etməyə başladı.(Musavat)
Turan Oruc