Müharibədə süni intellektdən istifadə ediləcək
ABŞ ordusu döyüş bölgələrində süni intellektdən istifadə etmək üçün təxminən 100 milyon dollar dəyərində müqavilə imzalayıb.
Yenixeber.org: Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, müqavilə Amerika ordusuna döyüş meydanında “TurbineOne” proqram təminatından istifadə etməyə imkan verəcək. Beləliklə, proqram ABŞ hərbi qulluqçularına çətin şəraitdə belə pilotsuz uçuş aparatlarını və digər təhdidləri müəyyən etməkdə yardımçı olacaq.
Bunun sayəsində amerikalı hərbçilər uzaqda olan mütəxəssislərin iştirakı olmadan vəziyyəti operativ şəkildə idarə edə biləcək.