“Bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirir”
Yenixeber.org: Avqustun 22-də Ukrayna iki proqram çərçivəsində Avropa İttifaqından yeni maliyyə yardımı alıb. Ukrayna mediası xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko bildirib.
Baş nazir deyib ki, ümumilikdə, Ukrayna öz tərəfdaşlarından 4,05 milyard avro alıb, bunun 1 milyard avrosu Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına “ERA Loans” çərçivəsində, 3,05 milyard avro isə bərpa və inteqrasiya üçün “Ukraine Facility” çərçivəsində verilib.
“Bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirir. Avropalı tərəfdaşlarımıza təşəkkür edirik. Biz birlikdə güclü və vahid Avropada Ukraynanın gələcəyinə doğru inamla irəliləyirik”, - deyə Sviridenko əlavə edib.