Bu gün mühüm görüş var...
Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla görüşü keçiriləcək.
Yenixeber.org: İlk olaraq Trampın Bakı vaxtı ilə 22:30-da N.Paşinyanla, 23:20-də isə Prezident İlham Əliyevlə görüş keçirəcəyi planlaşdırılır.
Gecə yarısı isə üç lider birgə bəyanat verəcək.
Bu tarixi görüş zamanı Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalanacağı gözlənilir.
Bununla yanaşı, görüş çərçivəsində ABŞ hər iki ölkə ilə ikitərəfli sazişlər də bağlayacaq.