Trampdan Laricaniyə CAVAB
ABŞ Prezidenti Donald Tramp İranın Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricaninin təhdidinə kinayəli cavab verib.
Yenixeber.org: Amerika lideri bu barədə Ağ Evdə baş tutan mətbuat konfransı zamanı deyib.
"Sonuncu dəfə təxminən 7 yaşımda günəş vannası qəbul etmişəm. Bilmirəm hədədir, yoxsa zarafat, amma günəş vannası qəbul etmirəm”, - deyə o bildirib.
Xatırladaq ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricani son televiziya çıxışında ABŞ Prezidenti Donald Trampıa bağlı söyləmişdi ki, o, artıq Mar-a-Laqoda günəş vannası qəbul edə bilməz, çünki uzanmış vəziyyətdə kiçik bir dron onun qarnını nişan ala bilər.