Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Yekaterinqburq hadisəsinin detalları... -TƏFSİLAT/FOTOLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON iki azərbaycanlı qardaşı öldürüb

Ötən gün Rusiyanın Yekaterinqburq şəhərində 9 mənzilə basqın olub.

Yenixeber.org: İyunun 27-də səhər saat 5 radələrində Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 9 mənzilə basqın edib, evlərdən müəyyən əşyalarını götürüb, vətəndaşlara işgəncə veriblər.

Nəticədə üç azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları və onların əmisi oğlu Kamal Səfərov qətlə yetirilib.

Meyitlərin bazar ertəsi Bakıya göndəriləcəyi gözlənilir

Mənbənin məlumatına görə, FSB orada yaşayan azərbaycanlılara “istintaq gedir, heç bir məlumat verməyin” deyib hədə-qorxu gəlirlər.

“Meyitlərin Azərbaycana göndərilməsi ilə bağlı işlər başlayıb. Ehtimal ki, sabah iyunun 29-da meyitlər ailələrinə təhvil veriləcək, birinci gün mərhumların cənazəsi Bakıya göndəriləcək. Qətlə yetirilmiş Səfərov qardaşlarının kiçiyi - Hüseyn Azərbaycan vətəndaşı, böyük qardaşı Ziyəddin isə Rusiya vətəndaşıdır. Ümumilikdə 9 mənzilə basqın olub. Basqın zamanı qadınlara da işgəncə verilib” - mənbə bildirib.

Şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir

Hadisənin səbəbi 24 il əvvəl baş vermis qətllə əlaqləndirilirilib.

Mənbənin bildirdiyinə görə, bu şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir. Bunların kafesində o vaxt qətl hadisəsi olub. Üstündən 24 il keçəndən sonra, məhz indi bu şəxslərin evinə basqın edərək işgəncə verib onlardan qətli etiraf etmələrini tələb ediblər. Qardaşlar cinayəti üstlərinə götürmədikləri üçün işgəncəyə məruz qalıblar. Hazırda 9 nəfər polisdə saxlanılır.

Xəsarət alanlardan üç nəfər travmatologiya xəstəxanasındadır.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, 2001-ci ildə həmin kafedə öldürülən şəxs də Ağdam rayonundan olan azərbaycanlıymış.

OMON-çuların öldürdüyü Səfərov qardaşların GÖRÜNTÜLƏRİ

Basqın və qətl Azərbaycan diasporuna qarşı olan təzyiqdir

"Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirilməsi, insanların həbsi Azərbaycan diasporuna qarşı olan təzyiqdir".

Bu fikirləri isə "Hərbi And" qəzetinin baş redaktoru, Səfərov qardaşlarının yaxın dostu Emin Həsənli Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın və qətl hadisəsini şərh edərkən deyib.

O bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşları 35 ilə yaxındır Rusiyada yaşayırlar, onlar Rusiya vətəndaşlarıdır:

1446030

"Onlar həm də Azərbaycan diasporunun aktiv üzvü idilər. Vətən müharibəsində ölkəmizə aktiv şəkildə dəstək olurdular. Haqq səsimizi Rusiyaya çatdırmağa çalışırdılar. Bundan başqa, ölkəmizdən Rusiyaya gedən şəxslərə iş tapmaqda yardım edirdilər. Hamısı savadlı, mədəni insanlardı. Hazırda həbsdə olan Bakir Səfərov rus dili müəllimidi. Ziyəddinin 55, Hüseynin isə 60 yaşı var. Ağdamın Mərzili kəndində anadan olublar".

Emin Həsənli bildirib ki, onların evlərinə basqından dünən xəbər tutub: "Heç bir xəbərdarlıq olmadan evlərə basqın ediblər. Telefonlarını yığıblar. Bakir həmin qüvvələrdən sənəd tələb etsə də, buna məhəl qoymayıblar. Bu, ailəyə yox, Azərbaycan diasporuna qarşı hücumdur".

Həbs olunanların sayı 70 nəfərə yaxındır

Emin Həsənli deyib ki, bəzi rəqəmlərə görə, həbs olunanların sayı 70-dən çoxdur: "Rusiya mediası yazır ki, guya Hüseynin və Ziyəddinin ürəyi xəstə imiş. Tamamilə yalandır. Daha sonra bildirirlər ki, guya Azərbaycan disporu arasında konflikt olub, bu da yalandır".

Emin Həsənli qeyd edib ki, qətlə yetirilən qardaşlardan biri kafe işlədir, digəri isə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş: "Ziyəddinin və Hüseynin hərəsinin 2 oğlu var idi. Ziyəddinin oğlu hüquqşünasıdır. Hazırda özü də bu işlə maraqlanır. Digərləri də ali təhsillidir".

Baş redaktorun sözlərinə görə, hazırda meyitlərin təhvil alınması, Azərbaycana gətirilməsi yönündə iş gedir: "Dövlətimiz, diasporamız bu istiqamətdə fəaliyyətdədirlər".(Teleqraf)

14460311446033



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam