Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Paşinyandan II Qareginə ağır ittihamlar:subaylıq əhdini pozub, ...katolikos ola bilməz

Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var
"II Qaregin öz könüllü subaylıq əhdini pozub və uşağı var".

Yenixeber.org: Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında paylaşıb.

"Bu faktdır və əgər II Qaragen bunu təkzib etməyə cəhd göstərərsə, mən bunu lazımi formatda sübut edəcəyəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin kanonik hüququna əsasən, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola bilərdi, nə də seçilə bilərdi. O, katolikos ola bilməz. Ktrich Nersisyan Patrixar iqamətgahını tərk etməlidir.

Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir obrazına və daşına sevgi ilə yanaşan bir insan kimi bəyan edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yenidən seçilmiş bir katolikosu olmalıdır, və bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikos seçkilərindən əvvəl yoxlanmalı və təsdiqlənməlidir.

Müqəddəs Erməni Apostol Kilsəsinin inanclı davamçılarını Patrixar iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram", - paylaşımda qeyd edilib.

Atilay Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam