Rusiya Belarusa qoşun yeridəcək! –Hərbi təlimlər bəhanəsi ilə
Yayda Rusiya Belarusa özünün 150 min əsgərini göndərəcək.
Yenixeber.org: Məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransdında deyib.
O, üzünü Avropa liderlərinə tutaraq qeyd edib ki, Rusiyanın Belarusda yerləşdirəcəyi 150 minlik kontingentin hədəfi Belarusla sərhəddəki NATO ölkələri olacaq: "Bizim dəqiq kəşfiyyatı məlumatımız var ki, Rusiya bu yay hərbi təlimlər bəhanəsi ilə Belarusa qoşun yeritməyi planlaşdırır. Bu, onların Ukraynaya genişmiqyaslı işğalından əvvəl qoşun yeritmələri ilə eynidir. Belarusdakı bu Rusiya qüvvələri Ukraynaya hücum etmək üçündür? Bəlkə də. Bəlkə də yox. Yoxsa onlar sizin üçündür? Xatırlatmaq istəyirəm ki, Belarus üç NATO ölkəsi ilə həmsərhəddir. O, (Ukraynaya qarşı) hərbi əməliyyatlar üçün platsdarm olub”.
Ukrayna Prezidenti əlavə edib ki, Putin Belarusu sadəcə Rusiyanın bir regionu kimi görür. Zelenski Avropanı vaxtında tədbir görməyə və Avropa ordusu yaratmağa çağırıb.