Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Brent” markalı neftin bir bareli 65,1 dollara satılır

 

Neftin qiyməti ABŞ və Çin liderlərinin söhbəti xəbərinin ardınca dünən yüksəldikdən sonra bu gün səhər saatlarında mülayim şəkildə enməyə başlayıb.

Yenixeber.org xəbər verir ki, Londonun “ICE Futures” birjasında Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, “Brent” markalı neftin avqust fyuçerslərinin dəyəri 0,2 ABŞ dolları (0,31 %) azalaraq bir barelə görə 65,14 ABŞ dolları təşkil edib. Bir gün əvvəl bu kontraktların qiyməti 0,48 ABŞ dolları (0,7 %) artaraq 65,34 dollar/barel olmuşdu.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri də 0,2 ABŞ dolları (0,32 %) ucuzlaşaraq bir barel üçün 63,17 ABŞ dolları təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,52 ABŞ dolları (0,8 %) artaraq bir barel üçün 63,37 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, dünən Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tramp söhbətin əsasən ticarət məsələlərindən getdiyini və danışıqların müsbət olduğunu söyləyib.

“Böyük ticarət müharibəsinin astanasındayıq və geri addım atsaq, bu, həm ABŞ, həm də Çində neftə tələbat proqnozlarını artıracaq”, - “Price Futures Group”un baş analitiki Fil Flinn deyib.

Neft bazarı həmçinin Albertadakı meşə yanğınları səbəbindən Kanadada hasilatın azaldılması ilə dəstəklənir, eyni zamanda "OPEC+"də tədarükün artması gözləntiləri kotirovkaların artımını məhdudlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam