Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib -ŞİKAYƏT / FOTO

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Kəbəcər rayonu, Qılınclı kənd sakini, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan Nəcəfov Vüsal Əli oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçi iddia edir ki, “Elta Development QSC” şirkəti onun 8 min manat pulunu vermir:

“Mən, Nəcəfov Vüsal Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2024-cü ildə Kəlbəcər rayonuna qaz xətti çəkilən zaman 22 BO 849 dövlət nömrə nişanlı “Zil 131" və 99 NF 159 nömrəli “Pikab” maşınlarını müqavilə ilə şirkətə icarəyə vedik. 5 aya 34 min manat pul almalı idik. Onun 26 min manatını dava-dalaşla aldıq, 8 min manatı qaldı.
5 aydan çoxdur ki, qalan pulumzu vermirlər. Vergidən 6200 manat borc gəlib. Pulumu vermirlər ki, mən də vergi borcunu ödəyim.
Məsələ ilə əlaqədar DİN-in 102 xidmətinə məlumat verilib. Oradan bizi Kəlbəcər Polis Şöbəsinə yönləndirdilər. Şöbədə isə bildirdilər ki, mülki işdir, bizlik deyil.
Bu qədər haqsızlıqla üz-üzə qalmışam. Əslində, bu dələduzluq halı kimi qiymətləndirilməlidir".
Məsələ ilə bağlı şirkətin Əsəd adlı rəhbər şəxslərindən biri ilə əlaqə saxlamağa çalışsaq daŞ telefon zənglərimiz cavabsız qaldı.("Hurriyyet")




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam