Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ziyəddin Əliyevin Ukraynada 10 milyon dollarliq biznesi üzə çıxdı-FOTOFAKT

 

Qubanın icra başçı Ziyəddin Əliyevin korrupsiya yolu ilə taladıqlarının bir ünvanı da Ukraynadır. Adam burda özünə bir neçə şirkət açıb, on milyonlar yatırıb. Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açıb, bu zavoda nə az, nə çox 9 milyon dollar vəsait qoyub. Hansı əməkhaqqı ilə, hansı qazancla? Deməyin, hökumətin xəbəri-zad yoxdur. Açılışda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev də iştirak edib, Ziyəddin Əliyevin korrupsiya pulları hesabına açdığı “Alov” şirkətinə və zavoda xeyir-dua verib.

Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb:

Belə məlumat da var ki, şirkət təkcə Qubanın icra başçısının adına rəsmiləşdirilsə də əslində onun qeyri-rəsmi şəriki var. Şərik derkən, söhbət onun dostu Azəravtoyol ASC-nin sədri Saleh Məmmədovdan gedir. Əvvəlki araşdırmalarımda “asfaltyeyən” dostların Avstriyada ortaq şirkətlərinin olduğu barədə məlumat yaymışdım.

Sənədlərə əsasən Ziyəddin Əliyevin asfalt zavodu Nikolayev Tikinti Konstruksiya Kombinatının 18 hektarlıq ərazisində (миколаївського комбінату будівельних конструкцій) qurulub. Zavod “Amman” İsveçrə-İtaliya birgə şirkətinin istehsalı olan avadanlıqlarla təhciz olunub. Saatda 180 ton asfalt istehsal etmək gücündədir. 100-dən artıq işçisi var, orta aylıq əmək haqqı 200 avrodan (400 manatdan) artıqdır.
Zavodun 50-yə yaxın asfaltdöşəyən və yük maşınları var. Ziyəddin Əliyevin şirkəti təkcə asfalt istehsal etmir, “Alov” həm də yol, körpü, tunel çəkilişləri üzrə tenderlərdə iştirak edir, böyük sifarişlər qəbul etməyə başlayıb. Yerli media iddia edir ki, “Alov” tenderlərdə rüşvət yolu ilə qalib çıxır.
Zavod fəaliyyətə başladığı 2017-ci il ərzində ümumi məbləği 15 milyon 481 min 254 dollar olan 3 sifariş əldə edib.

Təsis sənədlərinə görə “Alov” Məhdud Məsuliyyətli Şirkəti (şəhadətnamə nömrəsi: 40759817) özəl inşaat fəaliyyətləri, avtomobil yollarında yük daşınması, avtonəqliyyat, yük-nəqliyyat vasitələrinin, inşaat texnikasının icarəsi və digər fəaliyyət növləri ilə məşğul ola bilər. Şirkətin kapitalı 243 072 314.68 qrivna, yaxud 8 milyon 999 min 425 dollar təşkil edir.

Ziyəddin Əliyev bu zavodun ərazisini 2014-cü ilin 24 aprelində alıb və zavodun tikintisinə başlayıb.
2017-ci ilin mayın 17-də zavodun təmtəraqlı açılışı olur və “Alov” şirkəti də zavodun ərazisindəki ofisə köçür.

İlk əvvəl “Alov” şirkətinin direktorluğuna Hacıyev Vüqar İskəndər oğlunu təyin edir. Vüqar Hacıyev hazırda Quba rayon Maliyyə İdarəsinin müdiri olan Hacıyev Ruslan İskəndər oğlunun qardaşıdır. Lakin sonradan, 2017-ci ilini 26 iyunundan Vüqar Hacıyevi Ziyəddin Əliyevin o vaxtlar “Azəravtoyol”dakı ən yaxın adamı olan 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlu əvəzləyir. Maarif Yusifov Ukraynadakı şirkətə təyinat almazdan üç ay əvvəl “Azəravtoyol” ASC-yə aid xidməti avtomobillə ağır qəzaya uğramışdı.
Hazırda “Alov” MMC-nin direktoru Nicat Muradlı Murad oğludur. O əvvəllər Ziyəddin Əliyevlə “Azəravtoyol”da birgə çalışıb, səhmdar cəmiyyətin Texniki İdarənin Normativlər, standartlar və keyfiyyətin idarə olunması şöbəsinin rəhbəri olub.

Ziyəddin Əliyevin Львівська обл., Миколаївський район, село Розвадів, ВУЛИЦЯ ВАПНЯНО-КАР’ЄРНА 6 ünvanında yerləşən “Alov” MMC-dən başqa daha iki şirkəti fəaliyyət göstərir.
Bunlardan biri “Alov Ticarət Evi” MMC-dir (“ТОРГОВИЙ ДІМ “АЛОВ”).
Şəhadətnamə nömrəsi: 41163006, nizamnamə kapitalı 3000 qrivnadır.

Şirkət 2017-ci il martın 2-də Azərbaycan vətəndaşı, Şirvan sakini, 29 iyun 1981-ci il təvəllüdlü Samir Həsənov adlı şəxsin adına qeydiyyatdan keçirilib. Direktoru FILIPCHUK PETRO STEPANOVICH adlı Ukrayna vətəndaşıdır. Şirkət taxta və inşaat materiallarının topdansatışını həyata keçirir.

Qubanın icra başçısına aid olan digər şirkət “Alov – Bud” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkətin qeydiyyat nömrəsi: 41398603, nizamnamə kapitalı 4 milyon qrivna və ya 150 min dollardır, direktoru MARTINISHIN VLADIMIR ROMANOVICH adlı ukraynalıdır.

Lvov vikayətində yolların, körpü və tunellərin, binaların, inşaası, boru xətlərinin çəkilişi ilə məşğul olan şirkət Quba rayon Maliyyə idarəsinin rəisi Ruslan Hacıyevin qardaşı Vüqar Hacıyevin adına rəsmiləşdirilib. Yuxarıda qeyd etdiyim kimi Vüqar Hacıyev “Alov” MMC-nin ilk direktoru olub.
Sənədlərə görə şirkət fəaliyyət göstərdiyi dövrdə 34 tenderdə iştirak edib, 26 müqavilə əsasında 279 849 866,72 dollar həcmində sifariş alıb.

Ziyəddin Əliyev həmçinin “Alov” MMC və asfalt zavodu üçün ərazisinin böyük bir qismini ələ keçirdiyi “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkətinin (“МИКОЛАЇВ-ЛЬВІВСЬКИЙ КОМБІНАТ БУДІВЕЛЬНИХ КОНСТРУКЦІЙ”) də səhmdarlarındandır. Kombinatın səhmlərinin 97.446% – i “Alov” MMC üzərindən Ziyəddin Əliyevə, 2,554%-i digər səhmdarlara aiddir.
Qeydiyyat nömrəsi: 01331041.

Nizamnamə kapitalı: qrivna 7 790 210 və ya təxminən 300 min dollar.
Direktor: SENIANS NAZAR IVANOVICH.
Şirkət beton istehsalı ilə məşguldur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam