Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Ukrayna İranla sazişi ləğv etdi

 

Kiyev Tehranla 1993-cü ildə bağlanmış hava əlaqəsi haqqında sazişini ləğv edib.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb. Faktiki olaraq, Ukraynanın qərarı o deməkdir ki, hava məkanı açıldıqdan sonra İranla hava hərəkəti bərpa olunmayacaq.

Məlumata görə, Ukrayna İranı Rusiyaya yardım göstərməkdə ittiham edir.

Qeyd edək ki, Ukraynadan İrana uçuşlar hələ 2020-ci ildə dayandırılıb. “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan havaya qalxdıqdan qısa müddət sonra vurulub.

Nəticədə, 176 nəfər həlak olub. İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarının öldüyü qəza Ukrayna aviasiyası tarixində ölənlərin sayına görə ən böyük qəza olub.

İran hadisə ilə bağlı yekun hesabatda hava müdafiə sistemi operatorunun təyyarəni düşmən hədəfi olaraq gördüyünü və mərkəzin təlimatını gözləmədən birinci raketi, daha sonra sistemin hərəkətdə olan hədəfə fokuslanaraq ikinci raketi atdığını bildirib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam