Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Gürcüstanda müddətsiz etiraz başlayır:Müxalifət lideri xalqa çağırış etdi...

Gürcüstan müxalifəti Tbilisidə kütləvi mitinq keçirir


Gürcüstanda parlament seçkisi başa çatsa da, siyasi mübarizə hələ yeni qızışır. Ölkə Prezidenti Salome Zurabişvili və aparıcı müxalifət partiyaları kütləvi saxtakarlıq iddiaları ilə seçkinin nəticələrini tanımır və xalqı kütləvi etiraz aksiyalarına çağırır.

Yenixeber.org: Məlumata görə, Mixeil Sakaşvilinin “Vahid Milli Hərəkat” müxalifət partiyasının liderlərindən olan Georgi Vaşadze jurnalistlərə açıqlamasında bu günə təyin edilən mitinqdə maksimum sayda etirazçının iştirak etməsinin son dərəcə vacib olduğunu deyib: “Düşünürəm ki, biz 40-45 gün mübarizə aparmalı olacağıq. Bu, Tbilisinin mərkəzində müddətsiz etiraz olacaq”.

Xatırladaq ki, Gürcüstandakı beynəlxalq seçki müşahidəçiləri mətbuat konfransında seçki prosesi zamanı çoxsaylı pozuntular barədə məlumat veriblər. Buraya əsasən Gürcüstan hakimiyyətinin inzibati resurslardan istifadə etməsi, seçicilərə qarşı hədə-qorxu, rüşvət və təzyiq üsulları daxildir.

Məlum olduğu kimi, dünən Gürcüstan Prezidenti Salome Zurabişvili səsvermənin nəticələrini tanınmadığını elan edib və müxalifəti Tbilisidəki Rustaveli prospektində, parlament binası yaxınlığında etiraz aksiyalarına başlamağa çağırıb.

Bu arada Avropa İttifaqı və Entoni Blinkenin timsalında ABŞ administrasiyası seçkinin nəticələrinə ciddi şübhə ilə yanaşıb və Gürcüstanın indiki hakimiyyətini saxtakarlıqlara görə kəskin şəkildə tənqid edib. Yerli ekspertlərin fikrincə, Gürcüstandakı seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən mənfi qiymətləndirilməsi müxalifətin etiraz aksiyalarına başlamasına təkan verib. Onu da qeyd edək ki, seçkinin nəticələrinə kəskin etirazların fonunda Gürcüstanın milli valyutası olan lari bazar ertəsi səhər saatlarından başlayaraq, dollar qarşısında ucuzlaşmağa başlayıb.

Bu gedişat göstərir ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi, Gürcüstanda hələ azı bir neçə gün siyasi təlatümlər yaşanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam