Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Gürcüstanda prezident seçkisi -Saakaşvilinin İvanişviliyə məğlubiyyəti - ŞƏRH

 

 

Gürcüstanda sonuncu dəfə prezident ümumxalq səsverməsi ilə seçilib. Bu dəfə ölkə tarixində yenilik baş verib. Gürcüstanda ilk dəfə qadın Prezident Salome Zurabaşvili seçilib.

Yenixeber.org: Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,52 faizinin səsini toplayıb. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə seçicilərin 40,48 faizinin səsini qazanıb.

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edib.

Qeyd edək ki, prezident seçkilərinin birinci turu bu il oktyabrın 28-də keçirilmişdi. Siyasi kampaniyada 25 namizəd iştirak etmişdi. Namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü.

Birinci turda Salome Zurabişvili 38,61 faiz, Qriqol Vaşadze isə səslərin 37,72 faizini toplamışdı. Namizədlər arasında bir faizdən də az səs fərqi olmuşdu.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99 faiz səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76 faiz səslə dördüncü olmuşdu. Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədiZurab Caparidze qərarlaşmışdı. Onların hər biri seçicilərin 2,26 faiz səsini toplamışdı.

Qriqol Vaşadze və Salome Zurabaşvili

Salome Zurabişvili Gürcüstanda siyasətə keçmiş Prezident Mixeil Saakaşvilinin hakimiyyəti illərində gətirilsə də, onu bu siyasi kampaniyada müstəqil namizəd kimi hakim Gürcü Arzusu Partiyası müdafiə edib. Partiyanın sədri Bidzina İvanişivili hələ birinci turdan sonra bildirmişdi ki, ikinci tur olarsa, 100 faiz Salome Zurabişvili qalib gələcək.

O, ikinci turdan əvvəl ölkə vətəndaşlarına müraciət edərək demişdi ki, ikinci turda seçicilərin səhv qərar verməsi ilə bağlı böyük risk var: “İkinci tur eyni zamanda yeni imkan və yenilənmə üçün yaxşı məqamdır. Bir neçə ay öncə mən siyasətə qayıtmalı oldum. Belə ki, problemlərin getdikcə daha da dərinləşdiyini və onların həlli üçün səmərəli mexanizmin olmadığını gördüm”.

Ötən gün səsvermə başa çatdıqdan sonra Bidzina İvanişvili seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Yuxarıda qeyd etdiyimiz kimi, Qriqol Vaşadze isə Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının namizədi idi.

Namizədlərin mübazirəsini İvanişvili-Saakaşvili “qarşılaşması” olaraq səciyyələndirmək mümkündür. Çünki hər iki sabiq dövlət başçısı seçkiqabağı təbliğat kampaniyası zamanı bir-birinə qarşı çıxışlar ediblər.

Seçkinin ilkin nəticələrindən sonra M.Saakaşvili Gürcüstan əhalisini vətəndaş itaətsizliyinə çağırıb. Qriqol Vaşadze isə gələcək fəaliyyətini Tbilisidə tərəfdarları ilə müzakirə edəcəklərini bildirib. Bununla belə o, seçki prosesində baş verənlərə münasibətini açıqlayıb: “Gürcüstanda prezident seçkisinin ikinci turu, əgər ona seçki demək mümkündürsə, zor tətbiq edilməsi fonunda keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun qərarını elan edənədək gözləmək qərarına gəlmişik”.

O, noyabrın 29-da axşam saat 18-də Tbilisidə tərəfdarları ilə seçkinin nəticələrinin müzakirə edəcək. M.Saakaşvilinin çağırışına münasibət bildirən Q.Vaşadze deyib: “Siz mənim adımı və soyadımı bilirsiniz? Mən öz həyat yoldaşıma və qızıma mənsubam, ilk növbədə bu adamların tərəfkeşiyəm. Bu təklif (vətəndaş itaətsizliyini nəzərdə tutur- S.İ.) bu qərargahdakı kürsüdən səslənməyib. Əgər mən bu mövqeyi bölüşsəydim bu qərargahın və birləşmiş müxalifətin rəyi olardı. Bizə qarşı fəaliyyətdə tərəfdarlarımız qorxuduldu, pulla alındı, cinayətkar aləmdən istifadə edildi... Rəqibin qazandığı milyon səs bu gün - sabah tərəfdarımız olacaq”.

Çıxşılarda göründüyü kimi, seçki kampaniyası çox sərt keçib. Bundan sonra tərəflər arasında mübarizənin daha da kəskinləşəcəyi ehtimalı istisna olunmur. Əlbəttə, hakim partiya və siyasi qüvvələrin indiki mövqeyini itirməmələri üçün bir sıra problemlər öz həllini tapmalıdır.

Heç şübhəsiz, ərazi bütövlüyünün təmin olunması Gürcüstan dövlətinin başlıca problemidir. Bunun üçün isə ilk növbədə Rusiya ilə münasibətlərin tənzimlənməsi vacib amillərdən sayılır.

Salome Zurabişvili əvvəlki siyasi fəaliyyətində qonşu dövlətlərə münasibətində arzuolunmaz çıxışlar etmişdi. Ümid etmək olar ki, o, bu yanlışlıqlara bir daha yol verməyəcək.

Gürcüstandakı hakimiyyət Avropaya inteqrsiya xəttinə üstünlük verdiyini heç vaxt gizlətməyib. İndki Prezidentin bu xətti müdafiə edəcəyi istisna olunmur.

Düzdür, yeni Konstitusiyaya əsasən, Gürcüstan parlament tipli respublikadır. Başqa sözlə, baş nazirin səlahiyyətləri daha çoxdur. Növbəti prezident isə parlamentdə seçiləcək. Bununla belə prezident dövlətin əsas siyasi fiquru olaraq qalır.

Xatırladaq ki, Gürcüstanda 2016-cı il oktyabrın 8-də başlayan parlament seçkiləri oktyabrın 30-da ikinci turun keçirilməsi ilə başa çatmışdı.

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası parlamentdəki 150 yerdən 115-ni qazanmış, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyası 29, Vətənpərvərlər Alyansı isə 6 yer əldə etmişdi.

Prezident seçkisinin ilkin nətcələrinə əsasən, belə qənaətə gəlmək olar ki, milyarder Bidzina İvanişvilinin partiyası 2 il əvvəl əldə etdiyi uğuru qoruyub saxlayıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam