Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

NATO Rusiyaya qarşı tədbir alır – Plana Türkiyə də daxildi

Rusiya ilə NATO arasında mümkün müharibə baş versə, ABŞ qoşunlarını cəbhə xəttinə göndərməklə bağlı plan hazırlanır.

Yenixeber.org: Bu barədə Böyük Britaniyanın “Teleqraf” nəşri məlumat yayıb.

Məlumata görə NATO Rusiya ilə müharibəyə girəcəyi təqdirdə ABŞ qoşunlarını cəbhə xəttinə göndərmək üçün çoxsaylı quru dəhlizləri açmağı planlaşdırır. Plana görə, Rusiya tərəfindən hücum olacağı təqdirdə ABŞ hərbçiləri Hollandiya limanlarına enəcək və oradan Almaniya və Polşaya keçəcəklər. Şimali Avropa limanları məhv edilərsə, Alyansın diqqəti İtaliya, Yunanıstan və Türkiyə limanlarına yönələcək.

Qeyd olunur ki, NATO liderlərinin keçən il Litvanın paytaxtı Vilnüsdə keçirilən sammitində Alyansı müdafiə etmək üçün 300 min əsgəri hazır saxlamağa razılıq verməsindən sonra “logistik marşrutlar” mühüm əhəmiyyət kəsb edir. Adının açıqlanmasını istəməyən bir rəsmi yaxın 20 ildə Rusiya və ABŞ əsgərlərinin bölgədə üz-üzə gəlməsi ehtimalının yüksək olduğunu bildirib.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam