Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ABŞ kəşfiyyatı terror olaylarını əvvəlcədən necə proqnozlaşdıra bilir?

Martın 22-də axşam saatlarında Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş verən terror aktı dünyanın gündəmini dəyişib. Hazırda beynəlxalq media bu mövzuda müxtəlif versiyalar irəli sürür. 

Yenixeber.org: Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Rusiyadakı səfirliyi vasitəsilə Moskvada olan vətəndaşlarını böyük toplantı yerlərindən uzaq olması ilə bağlı xəbərdar etmişdi.

Bəs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) terror olaylarını əvvəlcədən necə proqnozlaşdıra bilir?

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu sualı bu cür cavablandırıb:

"MKİ dünyanın hər yerində geniş kəşfiyyat şəbəkəsinə malik olmaqla yanaşı, müasir dinləmə texnologiyalarından istifadə edir. Məsələn, MKİ Moskvadakı terror olayını əvvəlcədən müəyyənləşdirə bilib. MKİ sadəcə günü və terrorçuların Moskvada konkret hara hücum edəcəyindən xəbərsiz ola bilərdi. Ancaq terrorçu qruplaşmalardan birinin Moskvada artıq terror planlaşdırdıqları barədə məlumatı olub. Bunu həm terrorçu təşkilatın içindəki MKİ xəfiyyəsi sızdıra, həm də təşkilat müxtəlif dinləmələr üzərindən terror hazırlığı qənaətinə gələ bilərdi".

Politoloq qeyd edib ki, eyni sözü müharibələr barədə də söyləmək olar:

"2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlamadan bir neçə gün öncə ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri vətəndaşlarına sərhəd bölgəsindən uzaq dayanmağı məsləhət bilmişdi. MKİ əldə etdiyi məlumatlar və apardığı analiz üzərindən müharibənin başlayacağı qənaətinə gəlmişdi. Sadəcə sual olunur: Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki, 2001-ci ilin sentyabrında terrorçuların burnunun ucunda hücumlarını müəyyənləşdirib qarşısını ala bilmədi? Bu mövzu ətrafında bu günə qədər qızğın müzakirələr gedir".(Musavat)

Xalidə Gəray


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam