Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Orxan Cavanşir oğlu Cavanşirə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 142D ünvanında qeyri-yaşayış binasının (anbar) tikintisinə icazə verib.
Yenixeber.org: Tikintisinə icazə verilən anbarın ümumi sahəsi 9 min 34 kv. metr olacaq.

Məlumat üçün bildirək ki, Orxan Cavanşir oğlu Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur.
Millət vəkilinin 1994-cü il təvəllüdlü oğlu bir müddət əvvəl “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nin keçirdiyi tender müsabiqəsində qalib olub. Orxan Cavanşir “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verib və qarşılığnda 1 milyon 176 min manat alıb.
Xatırladaq ki, bu yaxınlarda Britaniya Ali Məhkəməsi Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxıb və sözügedən əmlak portfelinin dondurulması barədə qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, söhbət 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış 22 əmlakdan gedir. Deputat və həyat yoldaşının 22 mülkü qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilir.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam