Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? -"Rang Rover"lə qəza...

Xəbər verdiyimiz kimi, 2022-ci ilin oktyabrın 8-də saat 21 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsində 10-DF-090 dövlət nişanı "Range Rover" markalı avtomobil yüksək sürətlə idarə edilməsi səbəbindən "Kia" markalı avtomobillə toqquşub. Nəticədə "Kia"da olan sərnişinlər - Göygöl rayon sakinləri Zülfüqar Zülfüqarov və Ayxan Süleymanlı vəfat edib. 
Yenixeber.org: Məlumata görə, elə həmin ildən baş verən hadisə ilə bağlı cinayət işi açılıb və iş məhkəməyə göndərilib. İki ildən artıqdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə işə baxılsa da, hadisənin səbəbkarına hökm oxunmur. 
"Range Rover" 1978-ci il təvəllüdlü Sabunçu rayon sakini Əliyev Elşən Helmi oğlu adlı şəxsə məxsus olsa da, cinayət işi Beytulla Babayevə açılıb. Bu günə qədər hadisənin Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsi polkovnik Elşən Əliyev və yaxud Beytulla Babayev tərəfindən törədilməsi qaranlıq olaraq qalır. 
Bu arada, hadisə nəticəsində dünyasını dəyişən Zülfüqar Zülfüqarovun həyat yoldaşı Rəqsanə mərhumun atasını Elçin Zülfüqarovu məhkəməyə verib. Xanım məhkəmədə iddia edib ki, qaynatası təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alıb. 
İstintaq müddətində iddiaçının körpə uşaqla birlikdə Gəncədən Bakıya gedib-gəlməsi çətinlik yaradacağı üçün öz aralarında olan razılığa əsasən, iddiaçının mərhum ərinin hüquqi varisi kimi qaynatası Elçin Zülfüqarov tanınıb. İstintaq prosesindən tam məlumatı olmasa da, artıq keçirilmiş bir neçə məhkəmə proseslərindən sonra ona məlum olub ki, qaynatası təqsirləndirilən şəxsin ailəsi ilə gizlin razılığa gələrək, onlardan maddi təminat alıb və bir tərəfli qaydada, yəni iddiaçı ilə razılaşmadan, onun və uşağının mənafeyi ziddinə olan hərəkətlərə yol verib. Əlavə olaraq bildirir ki, qaynatası ərinin faciəli ölümündən sonra onlara qarşı münasibətini dəyişib, onları evdən çıxarıb, ərinin ölümü ilə əlaqədar ailəsinə, yəni onlara ödənilən sığorta pulunu verməkdən imtina edib. Qaynatası həmin pulun üstünü düzəldərək onlara ev alacağını söz versə də, artıq bundan imtina edib, evi uşaq 18 yaşına çatandan sonra alacağını bildirir və onlara məxsus olan pulu verməkdən imtina edir.
Elçin Zülfüqarov məhkəmədə gəlininin iddiasını təkzib edib: "Gəlinim məni təqsirləndirilən şəxsdən 50 min manat almaqda günahlandırır və cinayət işində özünün zərərçəkmiş qismində tanınmasını tələb edir. Oğlumun bütün dəfn xərclərini özüm çəkmişəm. Amma məndən 5 min manat sığorta pulunu tələb edir. Hissə-hissə həmin vəsaiti ona ödəyə bilərəm". 
Məhkəmənin Elçin Zülfüqarovun gəlini Rəqsanəyə 5000 manat sığorta pulunu ödəməsinə və ödənilmiş 120 manat dövlət rüsumunun 60 manatının tutulmasına qərar verib. 
Qeyd edək ki, həmin qəza zamanı "Kia" markalı avtomobildən 40 min dollar oğurlansa da, sonradan polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri - Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıb.(Qaynarinfo)
Əhməd
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam