Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Belqorod atəşə tutuldu -ölən və yaralananlar var

Belqorod atəşə tutuldu: Ölənlər və yaralananlar var - FOTO/VİDEO

Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Yenixeber.org: Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov 

teleqramda açıqlayıb.

“Təəssüf ki, ölən var. Şəhərin atəşə tutulduğu vaxt həmin şəxs duracaqda olub. O, aldığı yaralardan təcili yardım gələnə kimi yerindəcə keçinib. 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – o qeyd edib.

Daha öncə səhər qubernator regionun atəşə tutulması sonucunda 16 yaşlı yeniyetmənin öldüyünü 

bildirmişdi.

Xatırladaq ki, martın 17-də Ukrayna Silahlı Qüvvələrinə tabe “Rusiyanın azadlığı” legionu Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsini ələ keçirdiyini bəyan edib.

Daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam