Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb -FOTOLAR

Yenicə işdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - Fotolar

Bir neçə gün əvvəl işdən çıxarılan "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Səbail rayonu, Badamdar qəsəbəsində evini satışa çıxarıb. 

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, təxmini dəyəri 1.5 milyon manat olan Ruslan Əliyevə məxsus villa satışa qoyulub. Badamdar qəsəbəsinin ən prestijli yerlərindən birində yerləşən villanın hansı məbləğə və nəyə görə satışa çıxarılması məlum deyil. 

Üç mərətəbəli villa Badamdar qəsəbəsi, Şıxov çimərliyinə baxan istiqamətdə 15 sot ərazidə yeni inşaa olunub. İşlər tam yekunlaşmasa da, villaya kifayət qədər xərc çəkildiyi görünür. 

Vəzifəsindən bu günlərdə azad edilən Ruslan Əliyevin Azərbaycanda və xaricdə bir çox mülk və obyektlərinin olduğu da istisna edilmir. 

Mənbə onun xüsusən "Azəriqaz" baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovla birgə bizneslər qurduğunu da deyir. Onların Bakı və Şamaxı şəhərlərində, Salyanın Qaraçala kəndində evləri, ticarət obyektləri, Salyan rayonu ərazisində istixana kompleksləri, tikinti materialları bazarı, balıqçılıq və heyvandarlıq təsərrüfatları, Şamaxı şəhərinin Çuxuryurd və Məlhəm kəndlərində villaları, Səbail, Xətai və Nərimanov rayonlarında mülkləri mövcuddur. 

Qaxın Xal-Xal kəndində yerləşən məşhur "Şəlalə Farel" Ailəvi İstirahət Mərkəzinin də Ruslan Əliyevin olduğu iddia edilir. İstirahət mərkəzinin onun yaxın adamının adına rəsimləşdiyi deyilir.(valyuta.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam