Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Navalnı öldü , məni xilas edin -Saakaşvili

 

Aleksey Navalnı Putin rejiminə qarşı müqavimətin böyük qəhrəmanı idi. Onun ölümü böyük faciədir, lakin onun qaçılmaz təhlükəsi uzun müddətdir var idi.

Yenixeber.org xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili rusiyalı müxalif lider Aleksey Navalnının ötən gün 47 yaşında cəzaçəkmə müəssisəsində qəfil ölümü ilə bağlı qeyd edib.

Saalaşvili bildirib ki, əvvəllər Navalnı ilə arasında fikir ayrılıqları olub:

“Lakin mən onun cəsarətinə və böyük istedadına heyran olmuşam və Putinin dəstəklədiyi oliqarx Bidzina İvanişvili rejimi tərəfindən həbsxanada mənimlə pis rəftar edildiyi zaman onun mənimlə həmrəyliyini çox yüksək qiymətləndirmişəm. İndi mən Qərbi və Münhen Təhlükəsizlik Konfransının iştirakçılarını ən azı Vladimir Kara-Murza, İlya Yaşini və Rusiya rejiminin digər siyasi məhbuslarını xilas etməyə çalışmağa çağırıram.

Məni də xilas etməyə çalışın. Mən də Vladimir Putinin şəxsi məhbusuyam və bütün dünyanın gözü qarşısında həbsxanada zəhərlənmişəm. Bəlkə də mən Putinin ölüm siyahısında növbətiyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam