Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

Paşinyan Zəngəzurdan Rusiyanın nəzarəti altında yol keçməsinə icazə versəydi... -Şarmazanovdan İDDİA

 

“Əgər Paşinyan Rusiyanın nəzarəti altında Sünikdən(Zəngəzur-S.L.) yol keçməsinə icazə versəydi, Qarabağdan erməni əhalinin sayı bu qədəq azalmayacaqdı.

Yenixeber.org xəbər verir ki, "Panorama"nın yaydığı məlumata görə, bu barədə Ermənistanın Respublika partiyası baş assambleyasının üzvü Eduard Şarmazanov “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində danışıb.

“Həm artsaxın əhalisinin azalmasının, həm Laçın yolunun bağlanmasının, həm də artsaxa təcavüzün və Ermənistan Respublikasının 200 kvadrat kilometr ərazisinin işğalının(guya-S.L.) bir səbəbi var: Paşinyanın 9 noyabr sənədinin 9-cu bəndindən imtina etməsi”.

O, imzasına hörmətlə yanaşsaydı, Rusiyanın nəzarətində olan yolu açsaydı, heç bir problem yaranmazdı. O nəinki bunu etmədi, hətta həmin əraziyə avropalı müşahidəçiləri də gətirdi, KTMT-nin hərbi təlimlərindən imtina etdi, Qərbin qucağına uçdu, Rusiyanın vasitəçiliyindən imtina etdi”, - deyə Şarmazanov vurğulayıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyannamənin 9-cu bəndinə əsasən Ermənistan Rusiya “FSB”-nin qoşunlarının nəzarəti altında Zəngəzur ərazisindən Naxçıvana yolun açılmasına şərait yaratmalıydı...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam