Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukraynaya F-16-lar verilib? -Amerika nəşri yazır

Ukraynaya F-16 lar veriləcək, Rusiya nüvə müharibəsi ilə təhdid etdi

Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Kiyevin Qərbin F-16 qırıcılarının ilk partiyasını artıq qəbul etdiyi barədə iddiaları təkzib edib.

Yenixeber.org: Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Amerikanın “Nyusvik” nəşri Ukraynada F-16-ların olması, hətta 8 rus təyyarəsinin məhv edilməsində onların rolu barədə material dərc edib. Bu, Teleqram kanallarımız və öz reputasiyasına əhəmiyyət verməyən müxtəlif medialar üçün əla “şans” olub. “F-16 qırıcıları artıq Ukraynadadır!” Ciddisiniz?! Bəs onda niyə dünən 23 dəfə Ukrayna və xarici medialarda rus gəmisinin F-16 ilə məhv edilməsi və ümumiyyətlə bu qırıcıların artıq bizdə olması kimi axmaq bəyanatları təkzib etmək üçün çıxış etdim?” - İqnat bildirib.

Qeyd edək ki, “Nyusvik” mənbələrə istinadən Ukraynanın ona vəd edilən F-16-lardan artıq bir neçəsini aldığı barədə məlumat yayıb.

Nəşr qeyd edib ki, son üç həftə ərzində Rusiya Ukraynada bir neçə döyüş təyyarəsini itirib. Bundan başqa, dekabrın 26-na keçən gecə Rusiyanın böyük desant gəmisi “Novoçerkassk” müvəqqəti işğal olunmuş Feodosiya (Krım) limanında məhv edilib. Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket zərbəsi ukraynalı pilotlar tərəfindən həyata keçirilib. Rusiya sosial şəbəkələrində sözügedən gəmiyə qanadlı raketlərin F-16-dan atıldığı iddiası irəli sürülüb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam