Ukraynanın da itkiləri artır -SİYAHI
Rusiya müharibənin 661-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 550 təyyarəsi, 259 helikopteri, 9745 PUA-sı, 442 zenit-raket kompleksi, 14 096 tank və digər zirehli texnikası, 1 188 reaktiv yaylım atəş sistemi, 7 353 artilleriya və minaatanı, 16 359 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.