Dekabrın 13-də saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı “Abzas Media” işində həbs olunan jurnalistlərlə eyni ittihamla, Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilir.
Yenixeber.org: Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkə hesabında məlumat yayıb.
Onun bu gün – dekabrın 14-də onun Xətai Rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı gözlənilir.
Xatırladaq ki, dekabrın 13-də jurnalistin ailə üzvləri bildirmişdilər ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları evlərində axtarış aparıb. Bundan sonra isə Hafiz Babalı saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsimə aparılıb.
Hafiz Babalı noyabrın 28-də “Abzas Media” işi ilə bağlı BŞBPİ-də ifadəyə çağırılmışdı. Özü də bəyan etmişdi ki, o, “AbzasMedia”da dərc olunan çoxsaylı arasdırmaların müəllifidir.