Roma Papası sevinib -SƏBƏB
Roma Papası I Fransisk bazar günü “Rəbbin mələyi” duasını oxuduqdan sonra çıxışında erməni və azərbaycanlı əsirlərin azad edilməsindən sevincini ifadə edib.
Yenixeber.org: Bu barədə Vatikanın mətbuat xidmətinin məlumatında bildirilib
“Mən Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülhün bərqərar olması üçün bu müsbət əlamətə böyük ümidlə baxıram” deyən Papa hər iki ölkəni və onların liderlərini “mümkün qədər tez” sülh müqaviləsi bağlamağa çağırıb.
Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.
Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.