Bakıda sığınacaqda kütləvi yoluxma -Sədr kömək istədi
"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir".
Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
"Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır. Əlavə olaraq daha iki dayəyə ehtiyacımız var", - o bildirib.
Birliyin sədri dəstəyə ehtiyaclarının olduğunu söyləyib.