Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisindən görünməmiş özbaşınalıq
Nurəddin Mustafayev niyə Ali Məhkəmənin qərarında təsbit olunan halların üstündən qara xətt çəkərək xanım hakimlər- Aidə Hüseynin və Kəmalə Abiyevanın saxta qərarlarının icrası üçün dəridən-qabıqdan çıxır?
Yenixeber.org: Ötən saylarımızda “Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyinin ədliyyə naziri Fikrət Məmmədova «Açıq məktub»unu təqdim etmişdik. Söhbət 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin qanunlarımıza hörmətsizliyinin bəhrəsi olan əsassız və qanunsuz qərarından, sonra bu qərarın Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın həmin qərarı qüvvədə saxlayan tam əsassız və qanunsuz qərarından və mülkiyyətçinin hüquqlarını kobud surətdə pozmasından gedir.
Hakimlərin qanunlara hörmətsizliyini niyə onların qərarlarının icrasını həyata keçirən-Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi davam etdirir?
Məsələ ondadır ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu-15 dəqiqəlik iclasda əməkdaşlarımız iştirak etmişdilər və hakim Kəmalə Abiyevanın hakim adına yaraşmayan hərəkətindən şoka düşmüş, təəssüflənmişdilər. Kəmalə Abiyeva Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində yazılanların üstündən qara xətt çəkərək həmkarı-1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseynin saxta qərarını dəstəkləməkdən belə çəkinməmişdir. Və özünün 2 oktyabr 2018-ci il tarixli qərarı ilə “Biləcəri Təmir Quraşdırma” QTSC-yə məxsus metal boruların bu işə qətiyyən aidiyyəti olmayan, 3-cü tərəf kimi sonradan süni olaraq məhkəmə çəkişməsinə cəlb edilmiş «Cənnət Park» MTK-ya məxsusluğunu əsas tutaraq boruların üzərinə həbs qoyaraq mülkiyyət-mal sahibinin fəaliyyətini iflic hala gətirmişdir. Təsəvvür edirsinizmi, adətən xanımları (xanımlar bizdən bu ifadəyə görə inciməsin) ürəyi yumşaq, insaflı, ana titutulunu yüksək tutan cəmiyyət üzvləri kimi səciyyələndirmişik. Amma hakim Kəmalə Abiyevanın tutduğu əməl bu təsəvvürü heçə endirir ki, buna da yalnız təəssüflənmək olur.
***
Budur, məhkəmə iclası açıq elan edilir, hakim Kəmalə Abiyeva “Biləcəri Təmir Quraşdırma” QTSC-yə məxsus boruların məsələsinə baxır: «Cənnət Park» MTK-nın iddiası budur ki, guya həmin borular onlara məxsusdur. Hakimlər kollegiyasının vəzifəsi isə odur ki, ciddi məhkəmə araşdırması aparsın, cavabdehin haqsız olduğunu sübutlasın.
Kəmalə Abiyeva, sanki əvvəldən əsassız qərar qəbul edəcəyinin mətbuat səhifələrinə çıxaracağından ehtiyatlanaraq «Jurnalistlərin səs və ya videogörüntü etməsini qadağan edirəm!» deyir. Şəxsən bu sətirlərin müəllifi olaraq artıq başa düşdüm ki, hakimin qərarı qanqaraldıcı olacaq. Çünki təcrübədə bunu artıq çox hallarda sınaqdan çıxarmışıq… Və hakim gözlənildiyi kimi (“Biləcəri Təmir Quraşdırma” QTSC-nin vəkili və rəhbərliyi isə tam arxayındır ki, haqq (pul-haqq yox ha!) onların tərəfindədir, başqa cürə ola da bilməz) heç bir araşdırma aparmır və ən vacibi, iddiaçı «Cənnət Park» MTK-nın nə vəkilinə, nə də sahibinə sual etmir ki, buyurun, siz nə ilə sübut edərsiniz ki, bu borular sizə məxsusdur? Sübutlarınızı təqdim edin!!!
Hakim bunu etmir. Çünki əlahəzrət fakt-Ali Məhkəmənin qərarı ortadadır və birmənalı olaraq yazılıb ki, bu boruların heç bir halda «Cənnət Park» MTK-ya aidiyyəti ola bilməz!!!
Bəs hakimlərin qanunlara hörmətsizliyini niyə onların qərarlarının icrasını həyata keçirən-Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev davam etdirir? Onun istəyi nədir? Qanunları, bu qanunları hörmətli etməli olan məhkəmə sistemimizi gözdən salmaqmı?!
Nurəddin Mustafayev nədən illərlə icrasız qalan məhkəmə qərarlarını deyil, hakim Kəmalə Abiyevanın saxta qərarının icrasını özünə dərd etməkdədir?
…Hakim Kəmalə Abiyeva isə məhkəmə iclasında olmayan halları, etmədiyi qanuni hərəkətləri və xüsusatları saxta qərarına daxil etməkdən isə çəkinməyib. Hakimin xəbəri yoxdur ki, onun məhkəmə iclasındakı qadağasına baxmayaraq biz açıq məhkəmə iclası olduğundan «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq bütün prosesi diktafona yazmışıq. Hakim isə qanunsuz olaraq, hər şeyə tüpürərək gözə kül üfürür və borulara həbs qoyulması barədə qərarında yalandan, təkrar edirəm, ağ yalandan yazır ki: «Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddiaçının ərizəsini işin materialları ilə birgə araşdıraraq hesab edir ki…». Hakimin yerinə şəxsən mən utanmaq istəyirəm bu yalanlara görə. Axı, iclasda iki jurnalist iştirak edirdi və biz sonadək şahidik ki, hakim heç bir araşdırma aparmadı və iş materialları ilə isə məhkəmə zalında tanış olurdu, ümumiyyətlə, işdən tam xəbərsiz idi, işi oxumadan zala daxil olmuşdu. Nə qədər Allahsız olmalısan ki, iş materiallarını «Araşdırdım…» deyəsən! Araşdırma aparılmışdırsa, niyə «Cənnət Park» MTK-nın vəkilinə və ya sahibinə sual edilmədi ki, sübutlarınızı təqdim edin!!!
Bu azmış kimi, hakim Kəmalə Abiyeva qərarında dəfələrlə mübahisələndirilən metal boruları «Cənnət Park» MTK-nın mülkiyyəti kimi yazır. Vallah ayıbdır!!! Ayıbdır ona görə ki, ortada Ali Məhkəmənin qərarı ola-ola, iki qadın hakim birləşərək qanunlarımızın başına corab hörürlər…
Ali Məhkəmənin qərarında metal boruların mülkiyyətçisinin kim olduğu açıq-aydın yazılıb…
Bu da son: xanım hakimlər-Aidə Hüseynin və Kəmalə Abiyevanın diqqətinə çatdırırıq ki, Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarının 9-cu səhifəsində aydın şəkildə yazılıb: “...Müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Əlavə şərhə ehtiyac varmı???
Vurulan teleqramları nazir Fikrət Məmmədovdan gizlədən kimdir?
Neçə gündür Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Mustafayev Nurəddin Yusif oğlu əsas fəaliyyət istiqamətlərini unudaraq illərlə icrasız qalan vacib məhkəmə qərarlarını bir kənara atıb, hakim Kəmalə Abiyevanın qərarının icrası yolunda az qalır can qoysun! Niyə belə deyirik. Hakimin qərarına əlavə edilmiş icra vərəqi yazılan kimi, hələ qarşı tərəfə bu sənəd verilməmiş Nurəddin Mustafayevin adamları qızıl quş kimi metal boruların üzərinə şığıyıblar. Və başlayıblar həmin boruların saxlanma yerindən daşıdılmasına… Nəzərə almadan ki, bu metal borular barədə Ali Məhkəmənin qərarı var. Nəzərə almadan ki, qarşı tərəfin bu qərardan şikayət vermək hüququ var… Və “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyi Nurəddin Mustafayevin bu özbaşınalığından nazir Fikrət Məmmədova teleqramlar vurur, amma reaksiya yoxdur. Məlum olur ki, Nurəddin Mustafayev həmin şikayətlərin nazirə çatdırılmasına imkan vermir.
Bu qədər də özbaşınalıq olarmı? Nurəddin Mustafayev İcra Baş İdarəsinin «Əsasnaməsi»ni oxumayıb? Oxuyubsa, bəs bu nə özbaşınalıqdır??? Amma “Biləcəri Təmir Quraşdırma” QTSC-nin rəhbərliyi və kollektivi inanır ki, nazir Fikrət Məmmədov nə yolla olur-olsun bu özbaşınalıqdan xəbər tutacaq və müəssisənin fəaliyyətinə badalaq vuran məmurlar və hakimlər ciddi şəkildə cəzalandırılacaq.(tezadlar.az)
A.Məmmədli
P.S.Yazı çapa hazırlanarkən məlum oldu ki, Nurəddin Mustafayevin tapşırığı ilə icra məmurları yenidən boruların saxlandığı əraziyə hücum çəkib, aparmağa çalışıblar, bu cəhdin qarşısı yenidən alınıb… Deyəsən, kimlərəsə uzun borular lazımdır… Haram yollamı?!