Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

 LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ... -ŞİKAYƏT

 "18.09.2021 ci il Xocəsən yolunda “ LASSA “ mağazasından 4 ədəd, hər birinin qiyməti 97 manata nəzərdə tutulan, Çin istehsali olan təkər aldım və təkəri alanda mənə dedilər ki "aparın balans edin... vurun, bir problem olsa, gətirib dəyişdirərsiniz". 4 gündən sonra mən həmin təkərləri "balansirovka" elətdirib maşınıma vurdum. 2 ci günü hiss elədim ki maşını sürərkən 120 km/s sürətdən sonra təkər balansa uyğun deyil, maşın əsir".
Yenixeber.org: Bu barədə redaksiyamıza Əsgərov Yusif Mehralı oğlu adlı vətəndaş şikayətində qeyd edir.
Daha sonra narazı vətəndaş bildirir: "Və həmin mağazaya yaxınlaşdım kı təkərlər balansa uyğun deyil ya dəyişin, ya da başqa təkər verin... Əlavə pul lazimdırsa ödəməyə hazır olduğumu da bildirdim. Onlar dedilər ki, biz bunu edə bilmərik .
Mən baş ofisə getdim, orda da dedim ki təkərlər belədir... Onlar da bunu bildirdilər: "Biz "kitay" təkərlərinə zəmanət vermirik!
Və nə təkərləri dəyişdilər, nə də ki şirkət özü balans edib təkərləri maşınımın üzərinə vura bilmədi. Halbuki əvvəlindən demişdilər ki, problem olarsa, dəyişəcəklər.
Mənə də dedilər ki "əlinnən gələni beş qaba çək, yəni nə edirsən et... bu təkərlərə zəmanət yoxdur, dedilər.
Onda belə çıxır ki, bu təkərləri Bakıya gətirən bu şirkət vətandaşları aldatmaq və cibinə girməklə məşğuldur...
Mən İqtisadiyyat Naziri Mikayıl Cabbarov cənablarından kömək istəyirəm. Hər halda, ölkədə istehlakçıların hüquqlarının qorunmasına birbaşa cavabdeh məhz Mikayıl müəllimdir".
Onu da qeyd edək ki, əməkdaşımız şikayətlə əlaqədər həmin şirkətin baş ofisinə zəng edib. Elə əməkdaşımıza da eyni cavab verilib ki, həmin təkərlərə şirkət zəmanət vermir.
Hər halda şikayətçi tərəf ilk başdan şirkətin dəyişdirilmə vədi verdiyini iddia edir.
Bundan əlavə, ölkənin qanunları da BUNU TƏLƏB EDİR Kİ, vətəndaş 14 gün ərzində məmnun qalmadığı məhsulu dəyişdirsin və yaxud da onu almaqdan birdəfəlik imtina etsin.
Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)
Tale İsmayıl

LASSA-nın tələsinə düşən vətəndaş Mikayıl Cabbarovdan KÖMƏK İSTƏDİ...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam