Araz üzərində yeni körpü tikilir...
Ermənistan və İran Araz çayı üzərində yeni körpünün tikintisi layihəsi üzərində işləyir. İndi mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar.
Yenixeber.org: Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan bildirib.
"Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu halda, işləyən körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq", - Qaleçyan bildirib.