Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

PARLAMENT SEÇKİLƏRİ, YOXSA REFERENDUM? –Gələn ilin büdcəsində seçkilər üçün 110 milyon manat ayrılıb

2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.

Yenixeber.org: Qeyd edək ki, cari ildə MSK-ya 46,7 milyon, 2022-ci ildə 27.5 milyon, 2021-ci ildə 13, 8 milyon, 2020-ci ildə 57,7 milyon, 2019-ci ildə 51, 3 milyon, 2018-ci ildə isə 67.6 milyon manat vəsait ayrılıb.

Bu illərdə 2018-ci ildə Azərbaycanda prezident seçkiləri, 2019-cu ildə bələdiyyə, 2020-ci il fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçirilib. Ayrılan vəsaitlərin həcminə diqqət etdikdə seçki ilində MSK-ya 50 milyon manatdan çox vəsait ayrıldığı görünür.

Bu il Azərbaycanda referendumun olacağına dair xəbərlər yayılsa da, rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də təkzib edilib. Amma bəzi millət vəkilləri hökumətin referenduma və yeni parlament seçkilərinə hazırlaşdığı barədə açıqlamalar veriblər.

Seçki qrafiki üzrə 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməlidir. Qeyd edək ki, 2019-cu ildə bu məqsədlə büdcədən 51.3 milyon manat vəsait ayrılıb. Amma gələn ilki ayırmalar bundan 2 dəfədən çoxdur, o zaman hökumətin referendum, yaxud parlament seçkiləri haqqında planlarının olduğunu güman etmək olar.

Konstitusiyaya görə, 2025-ci ildə həm parlament, həm də prezident seçkiləri keçirilməlidir. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir və hər çağırışın seçkiləri beş ildən bir - noyabrın birinci bazar günü keçirilir. Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında növbədənkənar formada gerçəkləşib. Konstitusiyada növbədənkənar seçki ilə formalaşmış parlamentlə bağlı qeyd edilir: "Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclis çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir". Bu baxımdan, gələn ilin noyabrında parlament seçkilərinin keçirilməsi üçün konstitusion əsaslar var.

Beləliklə, gələn ilin büdcəsində seçkilər üçün nəzərdə tutulan 110.9 milyon manatın yalnız bələdiyyə seçkiləri üçün ayrılmadığı qənaətinə gəlmək olar.

Maraqlıdır, haqqında daha çox danışılan referendum, yoxsa parlament seçkiləri baş tutacaq?

Ekspertlərə görə, 2025-ci ildə ölkədə həm prezident, həm də parlament seçkilərinin keçirilməsi məqsədəuyğun sayılmaya bilər. Çünki seçkilər kifayət qədər vaxt, resurs tələb edən ağır prosesdir, bir ildə iki böyük kampaniyanı təşkil etmək çətindir. Hökumət bu nöqteyi-nəzərdən parlament seçkilərini ertələyə bilər. Yuxarıda qeyd olunduğu kimi, bunun üçün konstitusion əsaslar da var.

Referendumun zəruri olub-olmadığına gəlincə, ekspertlər 44 günlük müharibədən sonra idarəçilik sisteminin təkmilləşdirilməsinə, dövlət institutları arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsinə ehtiyac olduğunu vurğulayırlar.

Maraqlıdır, hökumət bələdiyyə seçkilərindən əvvəl, 2024-ü ilin başlanğıcında hansı qərarı verəcək?(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam