Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Vardanyandan YENİ XƏBƏR:Rusiyadan da, “artsax”dan da imtina etdi

“Moskvanın göndərdiyi” Vardanyan kimdir və niyə Qarabağdadır? İzah edirik!

“Forbes”in siyahısında yer alan rusiyalı milyarderlər tərcümeyi-hallarını “yenidən yazırlar”.

Yenixeber.org: Məlumata görə, oliqarxlar sərvətlərini xilas etmək və sanksiyalardan yayınmaq üçün Rusiyadan imtina etdiklərini hər vəchlə nümayiş etdirirlər. Bu oliqarxlardan biri də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyandır.

Bütün sərvətini Rusiyada qazanan, “Troyka Dialoq” investisiya şirkəti ilə məşhurlaşan Ruben Vardanyan indi özünü yalnız “erməni əsilli maliyyəçi” kimi təqdim edir:

“Ötən ilin sentyabrında sərvəti 1 milyard dollar qiymətləndirilən Vardanyan Rusiya vətəndaşlığından və "artsax"dan imtina edib”.

Xatırladaq ki, Vardanyan Rusiyanın layihəsi olaraq Qarabağa göndərilmişdi və Qarabağ separatçılarına “dövlət naziri” də təyin edilmişdi. “Vardanyan planı” işə yaramadı, Azərbaycanın birmənalı mövqeyindən sonra separatçılar özləri onu 112 gündən sonra zərərsizləşdirdilər. Buna baxmayaraq, Ruben Vardanyana Xankəndidə qalaraq, missiyasını “ictimai şəkildə” davam etdirmək tapşırıldı.

Hazırda isə onun sərvəti təhlükə altındadır və varidatı əlindən çıxa bilər. Buna görə də tərcümeyi-halında Rusiya ilə bağlı olan bütün “məqamları” kəsib atır. (The Moscow Times)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam