Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Xətai rayonunda Sarayeva küçəsində park necə kafeye çevrildi?-İcra başçısı Rafiq Quliyev icazə verib?

media-raff
         Son bir ildə Sarayevo küçəsində yerləşən parkda iki restoran açılıb…
Yenixeber.org: Paytaxtın Xətai rayonunda son illər sənədsiz obyekt və evlərin tikilməsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə xeyli təkzibolunmaz məlumatlar yayılır. Həmin xəbərlərdən belə görünür ki, icra hakimiyyəti ilə anlaşan sahibkar və maklerlər “gecəqondu” yolu ilə heçbir rəsmi sənədi olmayan obyekt və yaxud evləri qısa müddətdə tikib başa çatdırırlar.
Qeyd edək ki, Xətai rayonunda son illər zəbt edilərək tikinti meydançasına çevrilən ərazilərdən biri də kiçik parklardı.
XALQ  xəbər verir ki, rayonun Sarayevo küçəsində yerləşən kiçik park zolağı zəbt olunan ərazilərdən biridir.
Belə ki, son bir ildə Sarayevo küçəsində yerləşən parkda iki restoran açılıb. Əldə etdiyimiz məlumata görə qısa müddətdə tikilən bu restoranlara tikinti və fəaliyyət  icazəsini Xətai rayon İcra Hakimiyyəti verib.
Xatırladaq ki, bu ilin əvvəlində Sarayevo küçəsində inşa edilən sonuncu restoranın yerində obyekt inşa edilirdi. Ancaq məsələ mətbuatda işıqlandırıldıqdan sonra Xətai icra hakimiyyəti işi dayandırmalı oldu. Ancaq üstündən bir müddət keçdikdən sonra gecəykən Sarayevoda yerləşən parkda tikintisi dayandırılan obyekt restorana çevrilib.
Görünür, artıq Xətai rayonunda satmağa yer qalmadığı üçün rayon İcra hakimiyyəti kiçik parkları məcburən satışa çıxarır.
Mövzuya qayıdacağıq.
media-33
media-37media-34
media-37

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam