Ukraynadakı Rusiya ordusuna bu general rəhbərlik edəcək -FOTO
Rusiya lideri Vladimir Putin ötən ay “Vaqner”in çevriliş cəhdindən sonra Ukraynaya qarşı müharibəyə cavabdeh olan yüksək səviyyəli generalı vəzifəsindən azad edib.
Yenixeber.org: Böyük Britaniyanın “Daily Mail” nəşrinin yaydığı məlumata görə, 67 yaşlı general Valeri Gerasimov təyinatının 6-cı ayında vəzifəsindən kənarlaşdırılıb.
Məlumata görə, Gerasimov Baş Qərargah rəisi olaraq Rusiya silahlı qüvvələrinə rəhbərlik edəcək, lakin müharibəyə görə bütün məsuliyyət ölkənin hava-desant qoşunlarının komandanı, 54 yaşlı Mixail Teplinskiyə verilib.
“The Moscow Times”-ın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu təyinat Türkiyənin “Azov” alayının komandirlərini Ukraynaya təslim etməsindən sonra baş verib.