Türkiyə DƏLİ PUA-sını sınaqdan keçirdi - FOTOLAR
Türkiyənin "Titra" şirkəti tərəfindən hazırlanan DƏLİ adlı kamikadze pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.
Yenixeber.org: Milli Müdafiə Nazirliyi tərəfindən keçirilən sınaqlar 3 gün davam edib. Konya şəhərində keçirilən testlər zamanı PUA hədəflərini dəqiqliklə məhv edib.
Ötən il ictimaiyyəti təqdim edilən DƏLİ saatda 180 kilometr sürətə malikdir. 3500 metr hündürlükdən uçan PUA 150-500 metr məsafədəki hədəfləri zərərsizləşdirə bilir.(TRT)