Bu dövlət Ukraynaya yeni PUA-lar verəcək
Portuqaliya Ukraynaya yerli istehsal pilotsuz uçuş aparatları (PUA) göndərməyi planlaşdırır.
Yenixeber.org: Məlumata görə, Ukraynaya quru və dəniz əməliyyatları üçün nəzərdə tutulan "Tekever" PUA-ları tədarük ediləcək.
PUA-ların alınması Böyük Britaniyanın Ukrayna Beynəlxalq Fondu tərəfindən maliyyələşdiriləcək.
Sistemlər həm quruda, həm də dənizdə geniş miqyaslı nəzarəti təmin etmək üçün nəzərdə tutulub. PUA-nın maksimum daşıma qabiliyyəti 4 kiloqramdır.("Defense News")