Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna bu yaşayış məntəqələrini azad etdi -SİYAHI

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib
Ukrayna ordusunun hərbi birləşmələri uğurlu əks-hücum əməliyyatları zamanı Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad ediblər.

Yenixeber.org: Bu barədə 7-ci əlahiddə AREY UDA batalyonu feysbukda xəbər yayıb.

Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə qüvvələrinin 129-cu briqadasının Könüllülər Ordusunun “AREY” 7-ci əlahiddə batalyonu mayor Aleksandr Qrişukun komandanlığı ilə Volnovaksk rayonunun Velikonovoselkovska qəsəbə icmasının Neskuçne kəndini azad edib”, - məlumatda bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında hücumun həyata keçirildiyi istiqamətlər barədə danışaraq, Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib.

"Berxovsk su anbarı ərazisində uğur var. Biz 250 metr irəliləmişik", - o bildirib.

Bundan əlavə, Malyar bildirib ki, cənubda "iki istiqamətdə 300 metrdən 1 500 metrə qədər irəliləyiş var".

"Blaqodatnı və Makarovka yaşayış məntəqələri işğaldan azad edilib", - nazirliyin sözçüsü bildirib.(“RBC-Ukraina”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam