Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ukraynaya yeni hərbi yardım gəlir -SİYAHI

Bayden Ukraynaya əlavə hərbi yardım elan etdi:    Kiyev nə alacaq?
ABŞ prezidenti Co Bayden mayın 21-də Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb . Amerika lideri Kiyevə yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb.
Yenixeber.org: ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, bu, 2021-ci ilin avqust ayından bəri Müdafiə Nazirliyinin ehtiyatlarından Ukraynaya 38-ci hərbi texnika ötürülməsidir. Ümumilikdə, Ukrayna 375 milyon dollara qədər vəsait alacaq.
ABŞ-In yeni yardım paketinə daxil ediləcəklərin siyahısı:
“HIMARS” (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) üçün əlavə sursat;
155 mm və 105 mm-lik artilleriya mərmiləri;
optik izləmə, idarə olunan (TOW) raketlər;
“Javelin” və “AT-4” tankəleyhinə sistemləri;
lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
məhvetmə üçün sursat;
zirehli körpü sistemləri;
zirehli sanitar maşınları;
ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular;
logistika təminatı texnologiyası;
termal görüntüləmə sistemləri;
ehtiyat hissələri və digər sahə avadanlıqları.

"ABŞ müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya onun döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli təhlükəsizlik yardımı ehtiyaclarını ödəmək qabiliyyətini təmin etmək üçün işləməyə davam edəcək",- nazirliyin bəyanatında deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam