Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Putin Ukraynaya gedib -FOTO

              Kremldən səfərin əvvəlcədən planlaşdırılmadığı açıqlanıb

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin aprelin 17-də Xerson vilayətində və Luqanskda olub. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “SHOT Telegram” kanalına müsahibəsində deyib.

Qeyd edib ki, Putin qoşunların qərargahına baş çəkib.

Prezidentin mətbuat katibi dövlət başçısının səfərinin digər təfərrüatlarını açıqlamayıb.

Kremldən səfərin əvvəlcədən planlaşdırılmadığı açıqlanıb.

Putinin işğal edilmiş Ukrayna ərazilərinə səfər etdiyi bu gün səhər məlum olub. Xersonda Putin Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Mixail Teplinskinin məruzəsini dinləyib. Luqanskda Aleksandr Lapin və digər yüksək rütbəli zabitlər döyüş bölgəsindəki vəziyyət barədə Putinə məruzə ediblər.

Bundan sonra Putinin işğal edilmiş bölgələrin qərargahına səfərinin görüntüləri ortaya çıxıb. Jurnalistlərin çəkdiyi kadrlardan görünür ki, Putin vertolyotla qərargahı yoxlamağa gəlib, daha sonra avtomobillə hərəkət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam