Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

65 yaşında paraşütlə tullanan “Vasya dayı” –ordu generalı Mergelov Brejnevlə yaxın dost olub

 

“Ayağından yaralandınsa, dizinlə irəli get, dizindən yara aldınsa, sürünə-sürünə hücuma keç...” Bu sözlər sovet desant qoşunlarının atası sayılan ordu generalı Vasili Mergelova məxsusdur.

Yenixeber.org: 1967-ci ildə Ukraynada ittifaq miqyaslı “Dnepr” hərbi təliminə hazırlıq işləri görüləndə əsas təşkilatçılardan biri olan general Vasili Mergelov təlimə Leonid Brejnevin dəvət olunması təklifini verib. SSRİ Müdafiə Nazirliyi bu təşəbbüsü bəyənərək baş katibə rəsmi müraciət ediblər. Brejnev doğma vətənində keçiriləcək təlimdə iştirakdan imtina etməyib.

Təlim keçirilən yerdə baş katib və yüksək ranqlı hərbçilər üçün xüsusi tribuna hazırlanıb. Təlim başlanandan təxminən 15-20 dəqiqə sonra səmada hərbi təyyarələr, tribunanın qarşısındakı meydanda isə tanklar görünüb. Tankların biri sıradan çıxaraq mürəkkəb manevrlər edib və istiqaməti tribunaya tərəf götürüb. Bu məqamda tribunada olan ali rütbəli zabitlərin bir çoxu tələsik pillələrdən düşərək tribunadan uzaqlaşıblar. Sonda tribunada iki nəfər qalıb, Leonid Brejnev və Vasili Mergelov. Təlim başa çatdıqdan sonra Brejnev kiçik bir açıqlama verib:

 Margelov_Vasiliy_Filippovich.jpg (64 KB)

“Tankların mürəkkəb manevrləri hərbçilərin peşəkarlığı idi. Mən müharibə görmüş general kimi bunu hiss etməyə bilməzdim. İkincisi isə general Mergelov olan yerdə hansısa bir təhlükədən söhbət gedə bilməzdi...”

Bu dəfə də baş katib “zəngin” müharibə təcrübəsini dilə gətirib və həm də general Mergelova yaxın münasibətini bəyan edib.

Brejnevlə Mergelov müharibə illərindən tanış olublar. Bu tanışlıq Mergelovun gələcək hərbi karyerasında böyük rol oynayıb. Amma bu dəstəklə yanaşı, Mergelov öz peşəkarlığı, maraqlı xarakteri ilə həmişə fərqlənib.

m1000_d_850.jpg (118 KB)

Vasili Mergelov 1908-ci ildə Ukraynada, Dnepropetrovsk şəhərində anadan olub. Yeniyetməlik yaşlarından şaxtada işləməyə başlayıb. 1928-ci ildə hərbi xidmətə çağrılıb. Hərbi xidmətdən Belarusiyadakı hərbi məktəbə təhsil almağa göndərilib. Daha sonra Moskvada Ali Hərbi Akademiyada təhsilini davam etdirib.

Müharibə illərində Vasili Mergelov ən ağır bölgələrdə, Ukrayna və Belarusiya cəbhələrində xidmət edib. Hərbi əməliyyatlarda fərqləndiyinə görə dəfələrlə yüksək dövlət təltifləri ilə mükafatlandırılıb.
Müharibə illərindən sonra Mergelov əvvəlcə Çerniqov hava-desant diviziyasının komandiri, daha sonra isə Uzaq Şərq hava-desant korpusunun komandiri vəzifələrində xidmət edib.

1-150-768x512.jpg (93 KB)

1954-cü ildə Vasili Mergelov hava-desant qoşunlarının komandanı vəzifəsinə təyinat alıb.

1959-cu ildə 76-cı hava-desant diviziyasının bir qrup hərbçisi kütləvi cinayət törədiblər. Belə ki, onlar mülki qadınları zorlama faktında ittiham olunublar. Bu hadisə böyük səs-küyə səbəb olmaqla yanaşı, Mərkəzi Komitədə də müzakirə mövzusuna çevrilib. Hava-dasant qoşunlarının komandanı kimi Mergelov da cəzadan kənarda qalmayıb. O, komandan vəzifəsindən azad olunub, vəzifəsi bir pillə aşağı salınıb, komandan müavinlyinə endirilib. Lakin iki il keçdikdən sonra, 1961-ci ildə Brejnevin köməkliyi ilə Mergelov yenidən əvvəlki vəzifəsinə, hava-desant qoşunları komandanı vəzifəsinə qayıdıb və 1979-cu ilə qədər bu qoşunlara rəhbərlik edib.

Vasili Mergleov 1967-ci ilin oktyabr ayında SSRİ-nin hava-desant qoşunlarının Çexoslovakiyaya yeridilməsinə rəhbərlik edib və “Dunay” əməliyyatında xüsusilə fərqlənib. Bu əməliyyatdan sonra Leonid Brejnev ordu generalı rütbəsini Mergelova şəxsən təqdim edib, hava-desant qoşunlarını isə “Mərkəzi Komitənin uzaq mənzilli artilleriyası” adlandırıb.

0ec293e7a1f3e1469963f9959109b0bd-34.jpg (133 KB)

Vasili Mergelov hava-desant qoşunlarını SSRİ-nin Silahlı Qüvvələrində ən elit qoşunlardan birinə çevirib. Ömrünün son günlərinə qədər onu “SSRİ-nin 1 nömrəli desantı” adlandırıblar. İstefaya çıxdıqdan sonra isə Mergelov 76-cı hava-desant diviziyasının fəxri əsgəri adını alıb. Hər səhər sıra düzülüşündə onun da soyadı çəkilib və şəxsi heyətin hamısı “mən” deyərək general-əsgərin sırada olduğunu təsdiqləyiblər.
Səhra təlimlərində Mergelov əsgərlərindən və tabeliyində olan zabitlərdən heç vaxt fərqlənməyib. O, hamıdan qabaq paraşütdən tullanıb, əsgərləri ilə birgə eyni qabdan yemək yeyib, siqaretini onlarla bölüşüb. Elə bu münasibətə görə də komandana çox vaxt “Vasya dayı” deyə müraciət ediblər.
Brejnevlə Mergelovu yaxın edən bir səbəb də hər ikisinin ov şakəri olub. İki cəbhəçi tez-tez birlikdə ova çıxıblar. Bu “mərasim” zamanı onların arasında tez-tez dost mübahisələri də baş verib. Sonda Brejnev Mergelova şərt kəsib; “Havadakılar sənin, yerdəkilər mənim”.

margelov-6.jpg (87 KB)

Vasili Mergelov hələ leytenant rütbəsi daşıdığı illərdən açıq xarakteri, cəsarəti, sözü üzə deməyi, lazım gələndə özündən yüksək rütbəli zabitləri tənqid etməyi ilə yadda qalıb. Müharibə dövründə hərbi əməliyyatdan sonra korpus komandiri Çançibadze qəragah rəisi ilə keçirilmiş əməliyyatı müzakirə edərkən belə qənaətə gəlib ki, Mergelov döyüş zamanı səhvə yol verib və onu qərargaha çağırtdırıb. Mergelov korpus komandirinin kabinetinə girəndə Çançibadze elə qapının qarşısında ona yumruqla zərbə endirib. Mergelov bu yumruğu cavabsız qoymayıb. Əks zərbə ilə Çançibadzeni yerə sərib. Korpus komandiri ayağa qalxıb və üst-başını çırparaq Mergelova “sən diviziya komandiri olacaqsan” deyib. Bu yumruq davasından sonra Mergelov döyüş zamanı heç bir səhv buraxmadığını korpus komandirinə anladıb. O da məlum olub ki, Mergelovun düzgün qərar çıxarması bütöv bir alayı almanlara əsir düşməkdən xilas edib.

margelov_vf.jpg (192 KB)

Sonuncu dəfə paraşütdən 65 yaşında tullanan ordu generalı 1990-cı ildə, 81 yaşında vəfat edib. Vasili Mergelov Moskvada, Novodeviçye qəbirstanlığında hərbi şərəflə dəfn edilib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam