Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

MQ-9-la bağlı insident böyüyür:Rusiya səfiri Dövlət Departamentinə çağırılıb

           ABŞ-ın Moskvadakı səfiri insidentlə bağlı Rusiya XİN-ə ciddi bəyanat verib

Yenixeber.org: Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Qara dəniz üzərində MQ-9 pilotsuz təyyarəsi ilə bağlı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb. 

Antonovun Qara dəniz üzərində baş vermiş insidentlə bağlı ABŞ Dövlət Departamentinə çağırılması faktını daha əvvəl Departamentin mətbuat katibi Ned Prays bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə ciddi bəyanat verib.

Qeyd edək ki, Rusiyanın Su-27 qırıcısı və Amerikanın MQ-9 pilotsuz təyyarəsi ilə bağlı Qara dəniz üzərində insident martın 14-də baş verib. Rusiya Müdafiə Nazirliyi ABŞ pilotsuz təyyarəsinin qəfil manevr nəticəsində Qara dənizə düşdüyünü bildirib. Nazirlikdən qeyd edilib ki, MQ-9-u tutmaq üçün qaldırılan rus qırıcıları PUA ilə təmasda olmayıb, silahdan istifadə etməyiblər.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam