Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

XX YÜZİLLİYİN BÖYÜK İSLAHATÇILARI: “Lin Kuan Yu yox yerdən millət yaratdı və bizi sinqapurlu olmağımızla qürur duymağa vadar etdi”

 

Marqaret Tetçer: “Sinqapur nə vaxtsa Böyük Britaniyadan öyrənirdi, indi isə biz Sinqapurdan dərs alırıq”

 

                                        Qısa notlar

 

Lin Kuan Yu 1923-cü il sentyabrın 16-da Sinqapurda anadan olub. İbtidai təhsilini Sinqapurda “Telok Kurau” məktəbində alıb.

1945-ci ildə Sinqapurda “Rafflz-kollec”ini bitirib Böyük Britaniyaya gedir, əvvəlcə London iqtisadiyyat məktəbində, sonra Kembric universtetində təhsil alıb hər ikisini qırmızı diplomla bitirir.

1949 – vətənə qayıdır və vəkil kimi işə başlayır.

1954 – “Xalq fəaliyyət partiyası”nı yaradıb onun baş katibi olur və 1959-cu ildə hakimiyyətə gəlir.

2015-ci il fevralın 5-də kəskin pnevmaniya nəticəsində xəstəxanaya qoyulur. Martın 18-22-də durumu pisləşir və martın 23-də dünyasını dəyişir.

İngilis, malay, çin və yapon dillərini bilirdi.

 

Baş nazir Yudan qalan miras – çağdaş Sinqapur

 

Sinqapurun ilk baş naziri Lin Kuan Yu çağdaş dünyanın rəmzi simasıdır. O, inkişaf edən və sənaye ölkələrinin əksəriyyətində iqtisadi və siyasi düşüncənin ustadı sayılır.

Sinqapur 5,4 milyon əhalisi (dünyada 116-cı yer) ilə ümumdünya Bankının reytinqində biznes şəraiti üzrə dünyada birinci yeri tutur. Ölkə cinayətkarlığın ən aşağı həddə olduğu dövlətlərin siyahısına başçılıq edir. Sinqapur yükdaşıma və qumar oyunu mərkəzləri üzrə London, Nyu-York və Honqkonqdan sonra dünyanın ən böyük liman dördlüyü sırasına daxildir.

Sinqapur korrupsiyanın normaya çevrildiyi bölgədə yerləşdiyinə  baxmayaraq, ölkə korrupsiyanın ən az müşahidə edildiyi on dövlətin sırasına daxildir.

Sinqapur yaşayışın keyfiyyətinə görə də lider ölkələr cərgəsindədir – insan inkişafının indeksi üzrə doqquzuncu yeri tutur.

Ümumdünya bankının məlumatına görə, respublika əhalinin hər nəfərinə düşən ÜDM-ə görə dünyada səkkizinci yerdədir. Bununla bərabər, ÜDM-in 72,7%-ini xidmət sahəsi, 27,3%-i isə sənaye formalaşdırır, yəni ölkə iqtisadiyyatının strukturu müasir və çevikdir, Sinqapur cəmiyyəti informasiya dövrünün nümunəvi cəmiyyətidir.

Təbii ehtiyatların yoxluğu və mikroskopik ölçülərinə baxmayaraq, bu dövlət qızıl-valyuta ehtiyatlarına görə dünyada 12-ci, ixracatın səviyyəsinə görə 15-ci yeri tutur.

Sinqapurun bir damcı nefti olmasa da, onun hasilatı üzrə avadanlıqların istehsalında liderlərdən biridir.

 

Vətəndaşların tərbiyəsi

 

Sinqapur hökuməti Qərbin liberal ölkələrindən fərqli olaraq, açıq şəkildə bildirir ki, vətəndaşların tərbiyəsi dövlətin vəzifəsinə aiddir. Sinqapur “Qərb dəyərləri”nin davakar çağdaş dünyasında diqqəti bununla cəlb edir ki, hökumət təkcə cəmiyyətin maddi rifahını deyil, həm də tərbiyəsini qarşısına məqsəd qoyub. Sinqapurun təcrübəsi modernləşdirməni öz mədəni dəyərləri əsasında aparmaq istəyən ölkələr üçün xüsusən faydalıdır. Bu ölkə dünyaya nümayiş etdirir ki, demokartik siyasi rejim və liberal dəyərlərlə iqtisadi tərəqqi arasında “vacib” əlaqə haqda Qərbin tirajladığı ingilis-sakson ideoloji ştampları universal deyil.

Hətta öz qeyri-liberal siyasi ideologiyasını qoruyub saxlamaqla Sinqapurun görkəmli iqtisadi uğurlara nail olması ona gətirib çıxartdı ki, ölkə Qərb mətbuatında tez-tez qəzəbli hücumlar obyektinə çevrilir. Ölkədə cismani cəzalar (bambuk çubuğu ilə döymə) və edam (Sinqapur həm də adambaşına düşən ölüm hökmlərinin icrasına görə dünya lideridir) mövcuddur ki, bu da Qərb ölkələri ilə münasibətlərdə daim qıcıqlandırıcı amil rolunu oynayır.

Dövlət milləti sağlamlaşdırmaq siyasəti yürüdür. Sinqapur dövləti şüurlu və planlı şəkildə öz vətəndaşlarının sağlamlığı uğrunda mübarizə aparır. Xüsusən də artıq çəki ilə mübarizə, fiziki fəallıq təbliğatı və sağlam qidalanma siyasəti rəsmən aparılır.

Səhiyyənin yüksək səviyyəsi buna səbəb olub ki, “tibbi” turizm hər il Sinqapura tam 3 mlyard dollar pul gətirir, ölkədə narkotiklərdən istifadə ən aşağı səviyyədədir. Siqaretin hər cür reklamı 1970-ci illərdən ləğv edilib. Li Kuan Yu siqareti tərgidərək televiziyadan öz təcrübəsini bölüşdü.

Təhsilə çox böyük diqqət ayrılır, dövlət budcəsinin 20%-i bu ehtiyaca gedir.

Lin Kuan Yu 1983-cü ildə bildirdi ki, ali təhsil almış kişilər nisbətən az təhsilli qadınlarla ailə qurarkən səhv buraxırlar. Bu açıqlama hakim partiyaya səslərin 16%-i bahasına başa gəldi, lakin olduqca səciyyəvidir və Sinqapur hökumətinin əhalinin təkcə fiziki deyil, həm də əqli keyfiyyətlərinin yaxşılaşmasına yönəlmiş siyasətini sərgiləyir.

 

Modernləşmə yollarında

 

Sinqapur Malay Federasiyasının tərkibindən çıxmaqla “tənha səfər”ə başlamalı oldu: ordu yaratmaq və Britaniya hərbçilərinin burada olması müddətinin artırılması haqda danışıqlar (bunsuz yatırım cəlb etmək mümkün deyildi). Çünki Sinqapurda mənzil salmış Britaniya ordusu təkcə əhalinin 20%-i işlə təmin etmir, yatırım cəlb etmək üçün güvənlik hissi yaradırdı.

Baş nazir Britaniya ordusunun çıxarılmasını təxirə sala bildi və Britaniya hökumətini razı saldı ki, məhv edilməli olan qalan infrastrukturu, binaları, tərsanələri, liman avadanlıqlarını Sinqapura təhvil versin. Britaniya mirası Sinqapurun “iqtisadi möcüzə”si üçün çıxış nöqtəsi rolunu oynadı. Hərbi bazaların konversiyası üzrə nazirlik yaradıldı. Bununla bərabər, Sinqapur bölgənin təhlükəsizlik rejiminə qoşulmağa və imkan daxilində Çinin və yaxud SSRİ-nin siyasi təsiri altına düşməməyə çalışırdı. İşsizliklə mübarizə ilə paralel şəkildə çoxlu aşbaz, xidmətçi, ofisiant, təmizlik, bələdçi, sürücü, suvenir istehsalçısı tələb edən, lakin önəmli kapital yatırımını nəzərdə tutmayan turizm inkişaf edirdi. Turizmin inkişafı üzrə agentlik yaradıldı. Bu tədbirlər ona gətirib çıxartdı ki, hazırda Sinqapur öz əhalisindən üç dəfə çox turist qəbul edir.

Sənayeləşmənin ilk dövrlərində Honqkonq və Tayvandan Sinqapurda tekstil, hazır geyim və oyuncaqlar istehsalı üzrə fabriklər inşa edən investorlar cəlb etmək mümkün oldu. Bu mərhələdə istənilən yatırım alqışlanırdı. Lin Kuan Yu böyük işgüzar forumlarda şəxsən iştirak edir, investorları inandırıdı ki, Sinqapur siyasi, iqtisadi və maiyyə baxımından sabit bölgədir və biznesin inkişafı üçün səmərəli şərtlər təklif edə bilər.

Yu hökuməti lap əvvəldən peşəkarlığa və idarəçilik kadrlarının yüksək keyfiyyətli təhsilinə yön götürmüşdü. Sinqapurun ən yaxşı məzunları və İngiltərə, Kanada, Avstraliya, Yeni Zelandiyadan qayıtmış alimlər işə götürülürdü.

Ərazisindən yollar salınan, kanallar, drenajlar, elektrik, qaz və su təchizatı xətləri keçən sənaye zonalarının inşasına başlandı. İnvestorlar beş il vergi ödəməkdən azad olundu.

Çində “mədəni inqilab” tüğyan edərkən Sinqapur Çinə yaxın yerləşmiş Honkonq və Tayvandakı iş adamlarına sakit liman kimi görünməyə başladı. “Hyulet-Pakkard” və “Cənəral Elektrk”in müəssisələri tədricən orada məskən saldı. 1997-ci ildə Amerikanın 200-dən çox şirkəti Sinqapurda işləyirdi.

1968-ci ildən ölkədə maliyyə mərkəzi yaratmaq üçün iş başlandı. Dövlət xarici bankirlərə iş və yaşayış üçün səmərəli şərait, müasir infrastruktur, şəffaf qanunvericilik, effektli dövlət aparatı, kifayət qədər ixtisaslaşmış və müasir şəraitə uyğynlaşmış peşəkarlar təmin etməklə dünyanın kürəsəl maliyyə mərkəzləri sisteminə uğurla bağlana bildi.

 

İdeologiya və informasiya təhlükəsizliyi

 

Lin Kuan Yu SSRİ-nin parçalanması haqda düşünməklə yenidənqurmanı Den Syaopinin Çindəki islahatları ilə müqayisə edib bu qənaətə gəldi ki, Qorbaçovun əsas səhvi aşkarlıq siyasəti idi. SSRİ-yə ideologiya sahəsində əsas zərbəni sovet hökumətinin özü endirdi. Öz düşmənlərinin fikrinə qulaq asan və öz dəyərlərini gözdən salan ölkə duruş gətirə bilmədi və iqtisadi yenidənqurma şansını itirdi, çünki siyasi sabitlik səndirlərdi.

Lin Kuan Yunun Sovet İttifaqı haqda fikirlərini necə yekunlaşdırması da maraq doğurur: “Böyük bir millət kimi həmişəlik rusların axırına çıxıldığını hesab edənlər sistemli mərkəzləşdirilmiş planlaşdırmanın ölkəyə vurdğu ziyana baxmayaraq, onların kosmos və atom sahəsindəki alimlərini, şahmat qrosmeysterlərini, yetişdirdikləri olimpiya çempionlarını yada salmalıdır. Kommunist sistemindən fərqli olaraq, ruslar o adamlar deyil ki, tarixin zibilliyinə atasan“.

Nə qədər ki Çin zəif idi, “mədəni inqilab” onu silkələyirdi, Lin Kuan Yu gənc dövlətin ilkin quruculuq illərində ancaq Qərbə sarı yönəlmişdi. İqtisadiyyatın modernləşdirilməsi mədəniyyətin modernləşdirilməsi yolu ilə baş tutmalıydı. Sinqapurlular Asiya bölgəsinin qərbləşmiş sakinləri olmalı idi. Buna görə də Lin Kuan Yunu modernləşmənin I Pyotr və Mustafa Kamal Atatürk kimi böyük liderləri ilə tutuşdurmağın yeri var. Onlar da düşünürdülər ki, mədəniyyət sahəsində dəyişiklik olmadan sosial-iqtisadi tərəqqi mümkün deyil.

 

Şəxsiyyətin tarixdə rolu və hakimiyyəti ötürmək dilemması

 

Lin Kuan Yunun həyatdan gedişi tarixin əbədi suallarından birini – sosial prosesdə şəxsiyyətin rolu məsələsini yenidən gündəmə gətirir. Məlumdur ki, liderlər nə qədər görkəmlidirlərsə, hakmiyyətdə bir o qədər çox qalırlar. Beləlikə də, onlara layiqli varis tapmaq çətinləşir, nəticədə nüfuz və istedad baxımından eyni liderlər nadir hallarda bir-birinin varisi olur. Hesab olunur ki, demokratik rejimlər bu problemin öhdəsindən daha yaxşı gəlir, çünki cəmiyyətin özü korrupsiya məsələlərini effektli şəkildə nizamlayır və hakimiyyətin ötürülməsini az-çox harmonik şəkildə təmin edir. Halbuki dövlətin liderindən güclü şəkildə asılı olan “qeyri-azad” cəmiyyətlərdə hakimiyətin ötürülməsi prosesi həmişə böhranlar və sosial-iqtisadi inkişafda geri diyirlənmə ilə müşahidə olunur.

Lin Kuan Yunun ölümü ilə Sinqapurun qarşısında yeni vəzifələr durur. Sinqapur cəmiyyətində medalın o biri üzü yaşayış dəyərinin artması və demoqrafik problemlərdir. Xarici investor və maliyyəçilərin axını mülkiyyətin və xidmətlərin qiymətinin yüksəlişinə səbəb olub. Mühacirlərin sayı tədricən artır, eyni zamanda yerli əhalinin artım tempi yetərsizdir, yaş qisminə görə demoqrafik göstəricilər isə yaponlarınkı ilə tutuşdurula bilər. Yeni rəhbərlər nəsli bu problemləri həll etməli olacaq. Lin Kuan Yu 30 il (1959-1990) Sinqapurun baş naziri, sonra böyük nazir (1990-2004) və nəhayət, rəhbər nazir (2004-2011) vəzifəsini tutub. Onun oğlu Lin Syanın təyinatı liberal ictimaiyyət arasında qəzəb doğurdu və Sinqapurun ali idarəçilik aparatının tayfaçılıq və qohumbazlığa məruz qalmasından danışmağa bəhanə verdi. Lakin Li Syan Lun siyasi zirvələrə qəflətən yetişmədi. Lin Kuan Yunun oğlu əla təhsilə malikdir, Sinqapurun cürbəcür idarələrində müxtəlif illərdə məsul, o cümlədən nazir vəzifələri tutub. Li Syan Lunun tərcümeyi-halı ilə ətraflı tanışlıq deməyə imkan verir ki, Lin Kuan Yu oğlunu şüurlu şəkildə siyasi karyeraya hazırlayırdı.

 

Vida mərasimi

 

Lin Kuan Yu ilə vidalaşmağa 450 mindən çox sinqapurlu gəlmişdi. Bu qəribə insanın xatirəsini yad etməkdən ötrü bəziləri on saatdan çox növbə gözləyirdi. Ölkədə səkkizgünlük ümummilli matəm elan edildi. Sinqapurun ata banisinin qəbri üzərində parlamentarilərin ingilis, tamil və mandarin dillərində çıxışları səsləndi.

Li Syan Lun atasının ölümü münasibətilə millətə müraciətində qeyd etdi: “O, bizim müstəqilliymiz uğrunda mübarizə apardı, yox yerdən millət yaratdı və bizi sinqapurlu olduğumuza görə fəxr etməyə vadar etdi. Biz onun kimi insanı bir daha görməyəcəyik”.

Bu sözlərlə razılaşmamaq çətindir. Sinqapur “iqtisadi möcüzəsi” arxitektorunun həyat yolu təkcə şəxsiyyətin tarixdəki roluna aid deyil, həm də iradə və əminliyin, yüksək əxlaqi standartların və cəmiyyət qarşısında məsuliyyət hissinin gerçəkliyi necə dəyişdirməyə qadir olduğu, bir nəfərin ruhunun xalq kütlələrini necə yoluxdurduğuna dair parlaq nümunədir.

 

                         Lin Kuan Yudan dəyərli düşüncələr

 

Dünya liderləri və siyasətçilər haqqında

 

“Mən deyərdim ki, ən böyük Den Syaopin idi. Böyük insan olmaq gərəkdir ki, o yaşda haqslız olduğunu etiraf edəsən: bütün bu ideyalar – marksizm, leninizm, maoizm işləmir və onlardan imtina etmək lazımdır”.

 

“Den Syaopin böyük adamdır, çünki Çini dəyişdirdi. Onu eynilə Sovetlər Birliyi kimi inkişaf edə biləcək fəqərə sütunu qırılmış dövlətdən bu günki Çinə – dünyada ən böyük iqtisadiyyata namizədə çevirdi”.

 

Çinin rəhbəri Si Szinpin haqqında: “Mən onu Nelson Mandela tipli insanlarla bir kateqoriyaya aid edərdim. Əzəmətli emosional sarsılmazlığı olan, öz uğursuzluq və əzablarının şəxsi dəyərləndirmə və mühakimələrinə təsir etməyinə imkan verməyən insan. Başqa sözlə, o, dərin təəssürat doğurur”.

 

Amerikanın ən böyük prezidenti haqqında: “Uotergeyt bədbəxtliyi olmasaydı, Riçard Niksonun adını çəkərdim. Onda dünyaya realist baxış var idi. O, böyük realist analitik, lakin həm də istədiyini əldə edən taktik idi. Lakin onun hər şeyi bilmək cəhdi və yenidən seçilmək arzusu qarayaxa ideyaya çevrilmişdi”.

 

Amerikanın ən pis prezidenti haqqında: “Mən Cimmi Karterin adını çəkərdim. Mən fermerəm, yerfındığı yetişdirirəm, prezidentliyə namizədliyimi verirəm. Birdən “part!” Və o, prezidentdir”.

 

Britaniya siyasətçiləri haqqında: “Britaniyada Oksford və Kembricin ən yaxşı məzunlarını nəzərdən keçirsək və sonra onların sonrakı karyerasını izləsək, görərik ki, bu adamlar siyasətlə deyil, bank işi, maliyyə ilə məşğul olur və yaxud hansısa bir peşəkar fəaliyyət sahəsində işləyirlər”.

 

ABŞ-ın keçmiş prezidenti Corc Buş haqqında: “Onu ən pis prezidentlər sırasında ikinci yerə qoymazdım. Mən deyərdim ki, kiçik Buşun melanxolik müşavirləri vardı… Kiçik Buş bilirdi ki, onun təcrübəsi zəngin deyil. Özünü tanımaq isə ləyaqətdir.”

 

Bill Klinton haqqında: “Olduqca ağıllı adamdır, əsil siyasətçidir, məlahətli oğlandır, çünki rahat xasiyyəti var… Səninlə danışanda dünyanın ən önəmli adamısan. Lakin düşünürəm ki, o, qaydaları pozur. Amma qismən xarakterinə görə. Bilmirəm. Sözüm ondadır ki, onun uşaqlığı çətin keçib və s. və i.a…”

 

Öz oğlu Li Syan Lun haqqında: “Mən baş nazir olmasaydım, o, bir neçə il əvvəl baş nazir ola bilərdi. Ailəmin qabiliyyətsiz üzvlərini mühüm postlara buraxmaq mənim qaydamca deyil, çünki bu, Sinqapur və mənim mirasım üçün faciə olacaq. Buna yol vermək olmaz”.

 

Baş nazir olan oğlu ilə fəxr edib-etmədiyi haqda: “Bəli, lakin eyni zamanda xeyli ehtiyat göstərməyim lazım gəlir ki, bizim nüfuzumuza ləkə gətirməsin. Bəli, ona ağır yük qismət olub, amma mənim başladığım dövrdəkindən daha çox resursa malikdir”.

 

Amerikalılar barədə: “Amerikalılar böyük missionerlərdir. Onlarda hamını öz inanclarına cəlb etməyə çox güclü cəhd var”.

 

                                                       Sinqapur

 

“Bizim prioritetlərimiz hansılardır? Birincisi, firavanlıq, adamların yaşaması. Sonra demokartik normalar və zaman-zaman dayandırmalı olduğumuz proseslər.”

 

“Sinqapuru idarə edən adam dəmirdən olmalıdır. Ya da öz vəzifəsindən imtina etməlidir. Bu sizin üçün kart oyunu deyil. Bu sizin və mənim həyatımdır. Bütün ömrüm boyu onu qurmuşam və hələlik mən rəhbərlik edirəmsə, onu heç kim dağıtmaz”.

 

“Mən üzr istəmirəm ki, XFP (Xalq Fəaliyyəti Partiyası) hökumətdir, hökumət isə XFP-dir”.

 

“Hətta öz xəstəxana çarpayımda, hətta məni məzara qoynada da hiss etsəm ki, nəsə qaydasında deyil, ayağa qalxacağam”.

 

“Arxayınlaşım? İstərdim, amma bacamıram. Yox, öləndə arxayınlaşacağıq”.

 

“Siz sinqapurluları tanıyırsınız. Onlar zəhmətsevər, enrejili, dözümlü insanlardır. Amma, gəlin, həm də etiraf edək ki, sinqapurlular böyük deyingəndirlər”.

 

“Yaxşı təşkil olunmuş, lazımi qaydada tərbiyə edilmiş əhalini yetişdirə bilərsənsə, onda tez-tez qamçıya əl atmağın lazım gəlməz, çünki adamlar artıq təlim görüb. Bu, itlərdəki kimidir. Onu küçük vaxtından tərbiyə edir və öyrədirsən. O bilir ki, evdə deyil, küçədə siyimək və təsləmək lazımdır. Yox, bizim cəmiyyət bu cür deyil. Biz hətta günü bu gün də qəsdən liftlərə siyiyən yekə itləri tərbiyə etməli olduq”.

 

Demokratiya

 

“Mən siyasi nəzakəti gözləməyə deyil, həmişə həqiqəti deməyə cəhd etmişəm”.

 

“Bir adam-bir səs – bu son dərəcə çətin idarə formasıdır. Nəticə gözlənilməz ola bilər”.

 

“Biz demokratiyaya ya inanırıq, ya da inanmırıq. İnanırıqsa, onda qəti şəkildə deməliyik, qeydsiz-şərtsiz deməliyik ki, ancaq ölkənin adi hüququna uyğun olaraq demokratik proseslərdə heç bir məhdudiyyətə yol vermək olmaz. Demokratiyaya inanırıqsa, ona qeydsiz-şərtsiz inanmalıyıq. Əgər inanırıqsa ki, insanlar azad olmalıdır, onda onların toplantı azadlığı, söz azadlığı, nəşr azadlığı hüququ olmalıdır. O zaman qanun yol verməməlidir ki, bu demokratik prosesləri heç nə saysınlar”.

 

“Çox qəribədir, lakin çağdaş Qərb dünyasında hakimiyyətdəki adamlara özəl təhsil, hazırlıq və ixtisas lazım deyil. çoxlarını ona görə seçirlər ki, televizor ekranlarında yaxşı görünür və yaxşı danışırlar. Seçicilər üçün bunun nəticəsi acınacaqlı ola bilər”.

 

Həyat, sevgi və ziddiyyətlər

 

“Ömrüm boyu məni çox şeydə ittiham ediblər, lakin hətta ən qatı düşmənlərim məni heç vaxt açıq danışmaqdan qorxmaqda ittiham etməyiblər”.

 

“İstərdim ki, arvadımla o dünyada görüşüm, amma fikirləşirəm ki, bu, baş verməyəcək. Mən, sadəcə, onun kimi öz mövcudluğumu dayandıracağam. Əks halda o dünyada əhali həddindən çox olardı”.

 

“İlk baxışdan sevgiyə inanmıram. Bunu böyük səhv sayıram. Səni fiziki özəlliklər cəlb edir, sonra isə buna təəssüflənirsən”.

 

“Nəzakətlilikdən heç nə itirmirik. “Yox” demək olar, lakin bunu nəzakətlə deyin və səbəb göstərin. “Yox”un niyəsini izah edin. “Yox”u “bəli”yə dəyişdirməyin. Axmaq olmayın. “Yox” üçün yetərincə əsas varsa, “yox” qalmalıdır, lakin bunu nəzakətlə demək lazımdır”.

 

“Həyat – sadəcə, yemək, içmək, televizor və kino deyil… İnsan beyni qurub yaratmalıdır. Onu əyləndirən qurğulardan asılı olmamalıdır”.

 

“Həkimlə evlənən çoxlu həkim oğlu var. Özləri kimi ağıllı olmayan arvadla nikaha girənlər saçlarını yonurlar, çünki onalrın övladları həyatda uğur qazana bilmirlər. Mən yetərincə uzun ömür yaşamışam və bunun necə baş verdiyini görmüşəm. Buna görə də ali məktəb məzunu savadsız qızla evlənəndə ona deyirəm ki, axmaq və səfehsən. Ali təhsili olmayan adamla evlənirsən və problemlərin olacaq. Uşaqların bəzisi ağıllı olacaq, bəziləri yox. Və onda saçını yonmağa başlayacaqsan. Burada boşagetdi olmamalıdır. Bu, zər oyunu kimidir. Qoşa atırsan və qələbə sənindir”.

 

“Hazırda gündə üç dəfə qaçış zolağında yeriyirəm: 12 dəqiqə səhər, 15 dəqiqə nahardan sonra və 15 dəqiqə şam yeməyindən sonra”.

 

“Mən qolf oynamışam, lakin anladım ki, o mənə həyat qüvvəsi verməyəcək, çünki süst oyundur. Qolfun doqquz çuxuruna saatyarım-iki saat vaxtın gedir. Gündə 20 dəqiqə qaçıram və özümü daha yaxşı hiss edirəm. Belə ki gəlir-çıxar hesabı məni qolfdan imtina etməyə məcbur etdi”.

 

“Qərb pedaqoqlarının cismani cəzaya qarşı niyə belə qətiyyətlə çıxş etdiklərini heç vaxt başa düşmədim. O nə mənə, nə də sinif yoldaşlarımıa heç bir ziyan gətiməyib”.(Strateq.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam