Rusiyaya kömək edən amerikalılar həbs edildi
ABŞ sanksiyalarından yayınaraq Rusiyaya aviasiya texnologiyaları ötürməkdə şübhəli bilinən iki amerikalı saxlanılıb.
Yenixeber.org: Bu barədə ABŞ-ın Ticarət Departamentinin sözçüsü Metyu Akselrod məlumat yayıb.
O, həbs edilən şəxslərin adlarını açıqlamayıb, şəxslər Kanzas ştatında saxlanılıb. Sanksiyaları pozanlara qarşı əməliyyatda Ədliyyə Departamenti və FTB də iştirak edib.
Qeyd edək ki, ABŞ öz vətəndaşlarına ikili istifadə edilə bilən texnologiyaların Rusiyaya ixracına qadağa qoyub.