Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İran uzaq mənzilli qanadlı raket hazırladığını bəyan edib –ABŞ-dan qisas vəd edirlər...

        İran 1650 km fəaliyyət radiuslu qanadlı raketi işləyib hazırlayıb.

Yenixeber.org: Bu barədə “Röyter yazıb”. Bunu cümə günü İslam İnqilabı Keşikçiləri Korpusunun böyük komandanı bəyan edib. Rusiya tərəfindən Ukrayna müharibəsində İran PUA-larının istifadəsindən sonra, bu, Qərbdə narahatlıq yarada bilər.

İnqilab Qvardiyası aerokosmik qüvvələrinin başçısı Əmir Əli Hacızadə bəyan edib ki, qanadlı raket artıq İran İslam Respublikasının raket arsenalına əlavə olunub (UNİAN).

Həm də İranın dövlət televiziyası yeni qanadlı «Paveh» raketinin ilk kadrlarını nümayiş etdirib.

Raketdən başqa Hacızadə o barədə çoxlu danışıb ki, İran ABŞ-dan qisas almağa hazırlaşır - 2020-ci ildə Bağdadda İranın hərbi komandiri Qasım Süleymaninin PUA-nın köməyi ilə aradan götürülməsinə görə. Hacızadə uzaq mənzilli qanadlı «Paveh» raketini İran İslam İnqilabı Keşikçiləri Hava-Kosmik qüvvərinin son nailiyyətlərindən biri adlandırıb, İRNA agentliyi yazır.

Hipersəs raketindən danışarkən, Hacızadə bəyan edib: «Hipersəs raketi atmoferdən kənarda manevr etməyə qadirdir. Bu raket elə mühərrikə malikdir ki, o, hədəfdən 300-400 km məsafədən işə düşür və manevr edir. Müdafiə sistemləri yolu və son düşmə nöqtəsini qabaqcadan göstəmə əsasında işləyir».

«Qaza» pilotsuz aparatı barədə suala cavab verərkən o, bəyan edib ki, bu PUA çox yüksək fasiləsiz uçuşa malikdir və eyni vaxtda 9 bomba daşıya bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam