Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ŞKTC lideri SON SÖZÜNÜ DEDİ -Ya iki dövlət, ya da Türkiyə ilə inteqrasiya

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İngiltərənin “The Guardian” qəzetinə diqqətçəkən açıqlamalar verib.

Yenixeber.org: ŞKTC prezidenti Ersin Tatar Kiprdə müzakirəyə çıxardığı iki dövlətli həll modeli qəbul edilməzsə, adanın davamlı olaraq bölünəcəyi və bölgədəki təbii qaz ehtiyatlarının boş qalacağı ilə bağlı xəbərdarlıq edib. O, Kipr türklərinin Türkiyə ilə inteqrasiyasının sürətlənəcəyini də bildirib.

Tatar Kipr problemi ilə məşğul olan beynəlxalq ictimaiyyətin standartların xaricində düşünməsi lazım olduğunu bildirib:

“Kiprdə yarım əsrdir müzakirə edilən federasiya həll modeli indi vaxt itkisidir. Yunanlar Avropa İttifaqına üzv olduqdan sonra türklərlə heç nəyi bölüşmək istəmirlər, bütün Kipri ​​Helen adası kimi qəbul edirlər. Kiprdə iki fərqli dövlət, iki fərqli xalq və iki fərqli mədəniyyət var. Həll təklifimiz qəbul olunmayınca heç bir danışıqlara başlamayacağıq”.

Tatar ŞKTC-nin Ankaranın müstəmləkəsi olacağı ilə bağlı tənqidlərə də cavab verib:

63d5b7f74e3fe026e0d55be0.jpg (49 KB)

“Türkiyə bizim vətənimizdir, biz türk millətinin bir parçasıyıq. Beynəlxalq ictimaiyyət embarqo və təcrid rejimini aradan qaldırmasa, təbii ki, yardım aldığımız Türkiyə ilə inteqrasiyamız sürətlənəcək. Kipr türkləri çətinliyə düşəndə ​​Türkiyə onlara yardıma qaçırdı. İki ayrı dövlətdə və suverenlikdə mümkün qədər tez bir həll tapılmazsa, bölgədəki təbii qaz ehtiyatları çıxarılmadan dənizin altında qalacaq və bir müddət sonra yaşıl enerji ön plana çıxacaq və bu səbəbdən qazın heç bir iqtisadi dəyəri qalmayacaq. Nəticədə enerji şirkətləri böhranlı bölgələrə gəlmək istəməyəcək”.

“The Guardian” qəzeti Qərb mərkəzli beynəlxalq ictimaiyyətin Kiprdə iki dövlətli həlli qəbul etməsinin “açıqlanmayan səbəblərindən” də yazıb.

- Kipr sinir mərkəzidir: Tatar müşavirlərinin fikrincə, Kipr regionda geosiyasi sinir mərkəzidir. Beynəlxalq ictimaiyyət Türkiyəni Qərb ittifaqına yaxınlaşdırmaq və Rusiyadan uzaqlaşdırmaq istəsə, ŞKTC-ni tanımaqla yaxşı bir başlanğıc edəcək.

- Qaz münaqişə yaradır: Şərqi Aralıq dənizindəki enerji resursları iki dövlət həllini dəstəkləyən ikinci rıçaqdır. Kipr ətrafında enerji ehtiyatlarının bölüşdürülməsində münaqişə var. Əgər milyardlarla dollarlıq təbii sərvətlərin olduğu yerdə münaqişə olarsa, investisiya riskli olacaq və gələcəkdə xoşagəlməz hadisələr baş verəcək.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam