Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AZƏRBAYCAN ŞİMALİ KİPRİN MÜSTƏQİLLİYİNİ TANIYACAQ? -Tatar Bakıya gəlir

Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı siyasətindəki yeni mərhələ açıq-aşkar müşahidə olunmaqdadır. Qarabağın işğalda olduğu dönəmdə Şimali Kiprin müstəqilliyinin tanınması ilə bağlı tərəddüdlər artıq arxada qalıb. Bir müddət öncə Azərbaycan parlamentinin nümayəndə heyəti Lefkoşada oldu və Kipr türklərinin rəsmiləri ilə görüşlər keçirməklə yeni mərhələnin başlandığını diplomatik şəkildə elan etmiş oldular.

Yenixeber.org: Bu günlərdə Azərbaycan Prezidentinin Konya səfəri zamanı Şimali Kipr Türk CümhuriyyətiniФn Prezidenti Ersin Tatarı qəbul etməsi isə dost-qardaş ölkələri sevindirdi, düşmənlərimizin ürəyinə dağ çəkdi. Bu addım isə Bakının Şimali Kiprlə bağlı siyasətində həlledici qərar vermək ərəfəsində olduğunu söyləməyə imkan verir. Üstəlik, ŞKTC-nin Bakı nümayəndəliyinə yenidən təcrübəi diplomat, Azərbaycanı yaxından tanıyan və ölkəmizdə uzun müddət çalışmış Ufuk Arca Turganerin rəhbər təyin edilməsi də iki qardaş ölkə arasındakı əlaqələrin daha da gücləndiriləcəyinə şübhə yeri qoymur.

Arıq Türkiyə, Azərbaycan və Şimali Kiprin timsalında “Bir millət, üç dövlət” yanaşması gündəmə gəlib və geniş auditoriyada səslənir. Yunan Kiprini ağuşuna alan ədalətsiz dünyanın davranışlarına cavab olaraq Türk dövlətləri qardaş Kiprə arxa-dayaq olmaqdadırlar.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə yenidən Şimali Kipr Türk Respublikasının tanınması məsələsi qaldırıldı”. Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib. 

Sitat: “Şimali Kiprin tanınması yaxın günlərdə baş verə bilər. Əliyevlə görüş çox səmimi keçdi, dünyaya siyasi mesaj verildi. Görüşümüz Yunanıstanı təşvişə saldı”. 

Türkiyənin “Ulusal” kanalına müsahibəsində isə o deyib ki, tezliklə Azərbaycana səfər edə bilər. Maraqlı məqamlardan biri də elə budur - Konyada görüşdən az sonra Tatarın Bakı səfərinin planlaşdırılması. Bu, nə ilə bağlı ola bilərdi?

Böyük ehtimalla, Azərbaycan Türkiyənin ardınca ŞKTC-ni tanıyan ikinci dövlət olacaq. Bu xüsusda E.Tatarın Bakı səfəri yadda qalan ola bilər. Qeyd edək ki, vaxtilə Şimali Kiprin rəhbəri Rauf Denktaş Bakıda mərhum prezident Heydər Əliyevin qonağı olmuşdu. Tatarın səfəri ikinci belə ziyarət olacaq.

Bəs Şimali Kiprin müstəqilliyinin tanınması Yunanıstan öz yerində, Qərbdə, Avropa Birliyində (AB) qıcıq yaratmaz ki? Xatırladaq ki, Yunanıstanla yanaşı, yunanKipri də AB-nin üzvüdür. Rəsmi Afinanın reaksiyası necə olacaq?

Akif Nağı


Azad Vətən Partiyasının sədri Akif Nağı musavat. com-a bildirib ki, Şimali Kipr Respublikasının tanınması türk dünyası üçün prinsipial məsələdir: “Kiprli qardaşlarımız uzun müddət bütün çətinliklərə, təzyiqlərə, dünya birliyinin haqsızlıqlarına dözüb, davam gətirib və müstəqil dövlət kimi yaşamaq iqtidarında olduğunu sübut edib. Türkiyə həmişə onlara dəstək verib. Azərbaycan Qarabağla bağlı bəzi nüansları nəzərə almalı olub. Amma Azərbaycan xalqı və iqtidarı daim bu türk ölkəsinə rəğbətlə yanaşıb, müəyyən çərçivələr daxilində yardımını göstərib. Bunu kiprli dostlarımız anlayışla qarşılayıb, inciməyiblər. Azərbaycan Kiprlə bağlı hansısa dövlətin və ya beynəlxalq qurumun mümkün təzyiqlərindən heç vaxt çəkinməyib, sadəcə, düşmənlərimizin əlinə bəhanə vermək istəməməyib. Belə görünür ki, Azərbaycan artıq qərarını verib, yaxın vaxtlarda gözlənilən tanıma hadisəsinin baş verəcəyinə inam böyükdür. Azərbaycanın atacağı addım bütün türk dünyası üçün də bir örnək olacaq və tanıma prosesi başlayacaqdır”. A.Nağı şübhə etmir ki, bu, həm də türk dünyasının birliyi üçün çox vacibdir: “Azərbaycan heç kəsdən çəkinməməlidir. Yunanıstan da etiraz etməli deyil, həm Azərbaycan və Türkiyə faktoru, həm də dünyadakı yeni reallıqlarla hesablaşmalıdır. Beynəlxalq və regional qurumlara gəldikdə isə, onların ədalətli mövqedən çıxış etmək vaxtı çatıb. Yunan Kipri BMT-nin üzvüdür, eyni zamanda 2004-cü ildə birtərəfli qaydada onları Avropa İttifaqına da qəbul etdilər. Bununla kiprli türklərin haqqına girmiş oldular, onların mövqe və müraciətlərini eşitmək də istəmədilər. Ona görə də bu gün həmin təşkilatların nə deyəcəyinin heç bir əhəmiyyəti yoxdur. Biz artıq Şimali Kiprin tanınması prosesinə başlamalı və bu dövlətin BMT və digər qurumlara daxil olmasına nail olmalıyıq. İnanıram ki, yaxı gələcəkdə hər şey yerini alacaq”.


Elçin Mirzəbəyli


BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə dedi ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanla və digər ölkələrlə iqtisadi və mədəni əlaqələrinin inkişafı üçün heç bir hüquqi maneə yoxdur: “Üstəlik, yunan Kipri, o cümlədən Yunanıstan ŞKTC ilə bağlı hər hansı bir iddialarla çıxış etmək haqqını ”Annan planı" iflasa uğradıqdan sonra itirib. Yunan Kiprinin sakinləri prinsipi etibarilə Avropa İttifaqının və ABŞ-ın təşəbbüsü ilə irəli sürülən həll planına yox deyiblər və onların bu mövqeyinin qarşılığında, əslində ŞKTC vətəndaşlarının hüquqlarının beynəlxalq səviyyədə tanınması istiqamətində müvafiq qərarlar qəbul edilməliydi, amma edilmədi".

E.Mirzəbəyli qeyd etdi ki, bütün bunlarla yanaşı, hazırda Yunanıstana münasibətdə regionun iki böyük dövlətinin - Türkiyə və Rusiyanın mövqelərində müəyyən yaxınlaşmalar olsa da, ŞKTC-nin tanınması üçün uyğun bir zaman kəsiyi olduğunu düşünmür: “Hesab edirəm ki, rəsmi Bakı həm hüquqi, həm də siyasi müstəvidə zəruri və dəyişməz təminatlar olmadan, həmçinin Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında ərazilərimiz üzərində suveren hüquqlarımız tam təmin edilmədən, diqqətin bizim üçün daha böyük önəm kəsb edən prosesdən yayındırılmasına və əlaqə diplomatik səylərin sərgilənməsinə xidmət edə biləcək heç bir addım atmayacaq”.


İlyas Hüseynov


Politoloq İlyas Hüseynovun fikri budur ki, Şimali Kipr Türk Cümhuriyyətinin təkcə Türkiyə tərəfindən tanınması ədalətsizlik kimi görünə bilər: “Türk dünyasında təmsil olunan dövlətlərin hər biri siyasi konyukturadan dolayı ŞKTC ilə diplomatik-siyasi ve hüquqi münasibətlər qurmayıblar. Bu xüsusda Azərbaycanın da mövqeyi böyük maraq doğurur. Cənab Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində erməni təbliğat maşını yanlış olaraq belə məlumatlar yayırdı ki, sanki rəsmi Bakı Quzey Kipri tanıyacaq və ya buna hazırlıq gedir. 2004-cü ildə adada keçirilmiş referendum və sülh təşəbbüsləri nəticəsiz qaldı. Azərbaycan ərazisində separatçı rejimin fəaliyyət göstərməsi və İrəvanda kriminal ünsürlərin hakimiyyətdə olması da mütləq nəzərə alınırdı. Eyni zamanda Yunanıstanda çoxluq təşkil edən ermənilər də ölkəmizə qarşı əks-təbliğat fəaliyyəti göstərirdi. Lakin Vətən müharibəsində Yunanıstanın sərgilədiyi mövqe də hamının gözü qarşısında idi”.

İ.Hüseynov bildirdi ki, İkinici Qarabağ müharibəsindən sonra prezident Ersin Tatarın Bakıya səfəri gözlənilirdi: “Lakin müharibə sonrası həssas durum və müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilmiş Rusiya sülhməramlılarının olduğu ərazinin tanınması ilə bağlı genişmiqyaslı fəaliyyət dövründə çox praqmatik davranmaq tələb olunurdu. Konyada keçirilmiş görüş analitikləri yenidən bu məsələyə köklədi. Lakin düşünürəm ki, rəsmi Bakı tərəfindən tanınma ölkəmizə qarşı beynəlxalq təzyiqləri gücləndirə bilər. Yunanıstan da daxil olmaqla Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün çox yaxşı münasibətlər formalaşır. Rusiya-Ukrayna müharibəsi fonunda enerji təhlükəsizliyi ilə bağlı Avropa Komissiyasının prezidenti Ursula fon Der Lyayen kritik Bakı səfərini həyata keçirmiş və çox mühüm hüquqi sənəd imzalanmışdı. Yunanıstan həm də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP-ın iştirakçısıdır. Azərbaycan tərəfindən atılan hər hansısa addım Avropada erməni lobbisini aktivləşdirə və ölkəmizə qarşı demarş baş verə bilər. Bu baxımdan, beynəlxalq vəziyyəti düzgün qiymətləndirmək və milli maraqlarımız kontekstində addım atmaq tələb olunur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam