Redaktor seçimi
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Aygün Əliyeva rəfiqəsinin ərinə qrant, qardaşına isə iş verib –
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Günün xəbəri

Ukrayna Silahlı Qüvvələrinin hücumu uğursuz olub -Zaporojyedə


“Biz Rusyailəyik” hərəkatının sədri Vladimir Roqov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) Zaporojye vilayətində geniş hücum əməliyyatı keçirmək planları iflasa uğrayıb.

“Yenixeber.org” RİA Novosti-yə istinadən məlumat verir ki, Roqov Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinə geniş hücumunun uğursuz olduğunu elan edib və bunun “önləyici hərəkətlər” sayəsində baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Azov dənizi sahillərinə çatmaq üçün Zaporojye vilayətinin azad edilmiş hissəsinə doğru irəliləmək istəyiblər.
“İndi Ukrayna hərbçiləri Donetsk istiqamətindən qüvvələr də daxil olmaqla ehtiyatlar yaratmalıdırlar. Onlar cəbhə xəttini saxlamaq üçün bu addımları atmalı olacaqlar”, - deyə Zaporojye nümayəndəsi yekunlaşdırıb. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində itkiləri barədə məlumat yayıb. Agentliyin məlumatına görə, Donetsk Xalq Respublikasının (DXR) Preçistovka və Novoselka yaşayış məntəqələri ərazilərində sutka ərzində 108-ci Ərazi Müdafiə Briqadasının 25-dən çox ukraynalı hərbçisi həlak olub.
Tərcümə etdi: Səadət Sultan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam